Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1863/2024 10.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X2 vəkili-nümayəndəsi Vəkil Səadət oğlunun iştirakı ilə, "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin aparıcı məsləhətçisi X5 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində şərti olaraq inzibati cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarından Abşeron Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsalandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X3 28 avqust 2024-cü il tarixli, MN ******* №-li “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ilə "xxxx" MMCnin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Cərimə şərti olaraq tətbiq olunmuşdur. Törədilmiş hüquq pozmanın aradan qaldırılması üçün 60 gün müddət müəyyən olunmuşdur. Bu müddət ərzində hüquq pozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə ona görə inzibati məsuliyyətə cəlb olunub, 4000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir ki, "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş məhsul partiyasına idxal sağlamlıq aktının verilməsi üçün müraciəti əsasında məhsul partiyasından götürülmüş nümunə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans laboratoriyasında aparılmış analizin nəticəsində Qurudulmuş Çiyələk məhsulunun Kükürd dioksidin kütlə payı normativ standart tələbi 500.0 olmalı halda, sınağın nəticəsində Kükürd dioksidin kütlə payının 954.3 olduğu müəyyən olunmuşdur. Qurudulmuş Çiyələk məhsulunda Kükürd dioksidin kütlə payının normativ standart tələbindən artıq olduğuna görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 №-li qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən 11 iyul 2024-cü il tarixdə qəbul olunmuş M 0724-34 №-li qərarla qərara alınmışdır ki, 1. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilsin. 2. Qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli M 0724-34 №-li qərarı "xxxx" MMC-yə təqdim olunduqdan sonra tərəflərindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasına xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq “Valehlər’" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınmış qurudulmuş Çiyələk məhsullarının Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyasında analizin aparılması üçün laborator əməkdaşlarının iştirakları ilə nümunələrin götürülməsini və laboratoriyada sınağın aparılmasının təmin olunması, Cəmiyyətləri tərəfindən alınmış qurudulmuş çiyələk məhsulunun nümunələrinin götürülməsi zamanı nümayəndələrinin iştirakı ilə “Şahid” nümünələrin götürülməsini, qanunla müəyyən olunmuş qaydada saxlanmasının təmin edilməsi xahiş edilmişdir. X1 Agentliyinin Abşeron-Xızı Regional Bölməsi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Milli Referans Laboratoriyası tərəfindən cavab verilmədiyindən tərəflərindən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. İnzibati qaydada müraciət olunmuş iddia ərizəsində məhkəmədən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 №-li qərarının ləğv edilməsi, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmasından əlavə Sumqayıt İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunaraq müvəqqəti xarekterli təmin tədbirləri görülməsi barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsindən iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə qarşı 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 №-li qərarının ləğv edilməsi, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məlikəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrasının dayandırılması və Cəmiyyətin direktorunun 11 iyul 2024-cü il tarixli “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası” haqqında M 0724-34 №-li qərarın icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsinin qanuna zidd olması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 15(118)-103/2024 saylı qərardadı ilə müvəqqəti xarekterli təmin tədbirləri görülməsi barədə ərizə qismən təmin olunmuş, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş qurudulmuş Çiyələk məhsuluna idxal sağlamlıq aktının verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə həvalə edilməsi barədə inzibati iş üzrə məhkəmə qərarı qüvvəyə minənədək idxal olunmuş qurudulmuş Çiyələk məhsulu partiyasının Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında qərarın icrasının dayandırılmışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 28 avqust 2024-cü il tarixli, MN ******* №-li “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və 4000 manat məbləğində inzibati qaydada cərimə olunması qeyd etdiyi əsaslara görə ləğv olunmalıdır. Tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməlləri törədilməmişdir. "xxxx" MMC və həmin Cəmiyyətin direktoru olaraq tərəfindən istehlakçıların hüquqları pozulması və ya ticarət qaydalarının pozulmasına yönəlmiş hər hansı bir hərəkətə və ya hərəkətsizliyə yol verməmişdir. "xxxx" MMC tərəfindən alınmış məhsullara idxal sağlamlıq aktının verilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinə xx.xx.2024-cü il tarixli İD İD********** nömrəli müraciət etmişdir. Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi 11 iyul 2024-cü il tarixli, M 0724-34 №-li qərarla idxal sağlamlıq aktının verilməsindən imtina etdiyindən, həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması na dair qərar qəbul etdiyindən inzibati orqanın qərarından məhkəməyə şikayət etmişdir. "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş məhsullara idxal sağlamlıq aktının verilməsi üçün müraciət olunmuş və idxal sağlamlıq aktının verilməsindən imtina olunduğundan məhsullar satışa verilməmişdir. Hər hansı bir istehlakçıya həmin məhsullar satış üçün təqdim olunmamışdır. İstehlakçı dedikdə iqtisadi əmtəə və xidmətləri satın alaraq istifadə edən şəxs başa düşülür. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 1-ci maddəsinə əsasən isə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. "xxxx" MMC tərəfindən ölkəyə idxal olunmuş qeyd olunan məhsulun satışı üçün idxal sağlamlıq aktının verilməsindən imtina olunduğundan alqı-satqı prossesləri həyata keçirilməmişdir. İnzibati orqanın qərarı tərəflərindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixli, M 0724-34 №-li qərarın 2-ci bəndinə əsasən qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması təmin edilməsi müəyyən olunmuşdur. Qərardan göründüyü kimi qərarın icrası bütün hallarda həmin qərarı qəbul etmiş orqanın nümayəndələrinin iştirakları ilə təmin edilməlidir. "xxxx" MMC tərəfindən alınmış mallar anbarda saxlancda saxlanılmışdır. Məhsulun ölkədən Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin olunması üçün Agentlik tərəfindən qərarın icrasına dair ötən müddət ərzində nümayəndə ayrılmamışdır. "xxxx" MMC tərəfindən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanunla müəyyən olunmuş qaydada yazılı tələblər verilməmiş, və belə tələblərin icra olunmasından imtina olunmamışdır. Faktiki olaraq tərəflərindən inzibati xəta hadisəsi, inzibati hüquq pozuntusu və ya İXM-nin 544.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta əməli törədilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 4000 manat məbləğində cərimə cəzasının tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Rqjşional Bölməsinin 28 avqust 2024-cü il tarixli, MN ******* №-li “İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq xx.xx.2024-cü il tarixə, saat 14:00-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Rqjşional Bölməsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Rqjşional Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X2 vəkili-nümayəndəsi Vəkil Səadət oğlu şikayətdə yazılanlara uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə iddia verilmişdir, məhkəmə mübahisəsi hakim Rahim Həsənovun icraatındadır. Hesab edir ki, həmin qərar qüvvəyə minmədən o barədə MMCnin cərimə olunması əsassızdır. Ona görə də şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xx.xx.2024-cü il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı və şikayət ərizəsini, eyni zamanda iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati Cərimənin şərti olaraq tərtib edilməsi haqqında” qərarı ləğv edilməli və qərarın surəti işə yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi İrfan İsgəndərov “Qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məhsulların Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası haqqında” 11 iyul 2024-cü il tarixdə qərarından görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunmuş bütün məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilməsi, qərar hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində həmin məhsul partiyasının Agentliyin əməkdaşlarının iştirakları ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsi xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ilə "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X2 vəkili-nümayəndəsi X6 tərəfindən təqdim edilmiş elektron sistemdən çıxarışdan görünür ki, həmin MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli qərarından Sumqayıt İnzibati Məhkəməsinə şikayət vermiş və iş hakim Rahim Həsənovun icraatındadır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin 11 iyul 2024-cü il tarixli qərarı Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirildiyindən və o barədə hələ də yekun məhkəmə aktı qəbul edilmədiyindən, Agentliyin xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilməli və 11 iyul 2024-cü il tarixli qərardan verilən şikayətin nəticəsindən asılıq olaraq işə yenidən baxılması üçün hazırki iş üzrə qərar həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilməli və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı Regional Bölməsinin rəisi X3 xx.xx.2024-cü il tarixli, MN ******* №-li qərarı ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(012)-1863/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1863/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver