Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1864/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 20 avqust 1988-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında 29 noyabr 2021-ci il tarixində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 29 noyabr 2021-ci il tarixdə saat 09:40 radələrində Şəxs Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan ENYPXB əməkdaşları tərəfindən saxlanıldığı zaman polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* saylı, 29 noyabr 2021-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, 29 noyabr 2021-ci il tarixdə saat 09:40 radələrində “Chevrolet Cruze” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan ENYPXB əməkdaşları tərəfindən stasionar postda saxlanılmışdır. Polis əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini idarəetmə hüququ və etibarnamə olmadan idarə etmişdir. Polis əməkdaşları sürücüyə nəqliyyat vasitəsinin duracağa təmin olunmalı olduğunu bildirmişlər. Onlar sürücüyə sərnişin oturacağında əyləşməyini və onun iştirakı ilə nəqliyyat vasitəsinin duracağda yerləşdirilməsinin təmin olunmasını təklif etmişlər. Bu zaman sürücü səs-küy salaraq idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunmasına maneə olmaq istəmiş və polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları sürücünü nizam-intizama dəvət etsələrdə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 29.11.2021-ci il tarixdə saat 09-40 radələrində ona məxsus Chevrolet Cruze” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Badamdar qəsəbəsinə işə gedərkən polis əməkdaşları onu saxlayaraq sənədləri təqdim etməsini bildirdikdə o, idarə etdiyi nəqliyyat vasitəsini idarəetmə hüququ və etibarnamə olmadan idarə etdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ona nəqliyyat vasitəsini mühafizə olunan duracağa sürməsini tələb etdikdə o, işə gecikdiyini bildirərərək onlara tabesizlik göstərmişdir. Sonda o, özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin ENB-nin YPXİ-nin polis baş serjantı X4 izahatında göstərdi ki, 29 noyabr 2021-ci il tarixdə saat 09:40 radələrində “Chevrolet Cruze” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan ENYPXB əməkdaşları tərəfindən stasionar postda saxlanılmışdır. Onun tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsini idarəetmə hüququ və etibarnamə olmadan idarə etmişdir. O sürücüyə nəqliyyat vasitəsinin duracağa təmin olunmalı olduğunu bildirmişdir. O, sürücüyə sərnişin oturacağında əyləşməyini və onun iştirakı ilə nəqliyyat vasitəsinin duracağa təmin olunmasını təklif etmişlər. Bu zaman sürücü səs-küy salaraq idarə etdiyi nəqliyyat vasitəsinin duracağa təmin olunmasına maneə olmaq istəmiş və polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Polis əməkdaşları sürücünü nizamintizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək öz hərəkətlərinə davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin ENB-nin YPXİ-nin baş inspektoru X5 da X4 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbi qedilməsi xahiş etdi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin, şahidlərin məhkəmədə verdiyi izahatlar və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslərə 200 manat miqdarda cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1.1 maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkətini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi qəbul edir. Hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 noyabr 2021-ci il, saat 16:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1864/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1864/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver