Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1865/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ seriayalı 29423039 saylı qərardan şikayət və ona əlavə edilmiş materialları işin məhkəmədə baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: X1 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) BDYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ seriayalı 29423039 saylı qərardan şikayət və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Qərardan şikayət və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət və ona əlavə edilmiş materiallar ona baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə işə inzibati xətanın törədildiyi yer üzrə və ya vəsatət təqdim olunduğu təqdirdə şikayət verən şəxsin yaşayış yeri üzrə baxır. İş materiallarından görünür ki, inzibati xəta Tbilisi prospekti, Azər Əliyev küçəsi, yəni Yasamal rayonu ərazisində törədilmişdir. X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ seriayalı 29423039 saylı qərardan şikayət vermiş, lakin şikayətə yaşayış yeri üzrə baxılması ilə əlaqədar heç bir vəsatət təqdim etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta Yasamal rayonu ərazisində törədildiyi üçün, həmçinin şikayətçi şikayətə onun yaşayış yeri üzrə baxılması ilə əlaqədar məhkəməyə vəsatət təqdim etməməsi səbəbindən inzibati işə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni nəzərdən keçirərək belə nəticəyə gəlir ki, X1 xx.xx.2025-ci il tarixli EQ seriayalı 29423039 saylı qərardan verdiyi şikayəti və ona əlavə olunmuş materiallar aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsində göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 xx.xx.2025-ci il tarixli EQ seriayalı 29423039 saylı qərardan verdiyi şikayəti və ona əlavə olunmuş materiallar aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1865/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1865/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver