Məhkəmə qərarları › İş №3(012)-1867/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1867/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1867/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Beyləqan rayonu, Günəşli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Beyləqan rayonu, Günəşli qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında 48487/2015-27-11 nömrəli icra işi ilə birlikdə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Abşeron rayon məhkəməsinin 2(012)-1129/2015 saylı 27.04.2015-ci il tarixli icra sənədinə ilə bağlı borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirmir və 24396 ABŞ dolları məbləğində ödəməkdən boyun qaçırır. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, hazırda maddi imkanı borcu ödəməyə iman vermir. Lakin qısa müddət ərzində borcundan ödəniş edəcəyini bildirdi. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-1129/2015 saylı 27.04.2015-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs müştərək qaydada 21478,37 ABŞ dolları əsas, 4500,06 ABŞ dolları cərimə olmaqla, cəmi 23326,22 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının məzənnəsinə ekvivalent olaraq kredit borcu, 200 manat məbləğində əlavə cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank of Baku ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 19.08.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. İş materiallarında olan hərracın nəticələrinə dair y-190 saylı protokoldan görünür ki, 04 may 2016-cı il tarixdə X5 5000 manat məbləğində qiymətləndirilmiş Chevrolet Malibu markalı ** DC *** dövlət qeydiyyat nişanlı avtomobili 3500 manata almışdır. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-in 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin İnzibati həbs etmənin əvvəli 29 noyabr 2021-ci il saat 18:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis idarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on)gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar