Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-187/2021 21.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X1 və inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsi, ev 15A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində, Narkoloji Mərkəzdə müayinədən keçərkən sidiyində narkotik vasitə aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon Polis İdarəsinin sahə rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 14 radələrində Abşeron rayonu, Saray qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar həmin qəsəbədə yaşayan Şəxs rayon Pİ-nə dəvət edilmişdir. Pİ-də izahatı alınarkən onun narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Novruz Aslanov küçəsi15A saylı evdə yaşayır. Boğaz nahiyyəsindən əməliyyat olunduqdan sonra bədənində bərk ağrılar olur. Ona görə də narkotik vasitədən istifadə edir. xx.xx.2021-ci il tarixdə yaşadığı qəsəbədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq, qəsəbədə baş vermiş oğurluq hadisələri ilə bağlı onu Pİ-nə dəvət etmişlər. Onu müayinəyə göndərilmiş, müayinə zamanı onun sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli, 1/35 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 16:55-də müayinə olunarkən sidiyində narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokolu və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-187/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-187/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver