Məhkəmə qərarları › İş №3(012)-1870/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1870/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1870/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, Sumqayıt şəhərində yerləşən “Ziya” restoranında işləyərək, həm öz ailəsini, həm də onunla birgə çalışan personalın ailəsini dolandırır. Dövlət tərəfindən heç bir müavinət və güzəştlər almır. xx.xx.2024-cü il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq restoranda monitorinq keçirilmiş, ekologiya işçilərinin apardığı ölçmələr zamanı obyektin mətbəxinin tüstü bacasından atılan tullantının tərkibində olan dəm qazının normadan artıq olması əsas gətirilərək müvafiq sənədləşmə işləri aparılmış, akt və protokol tərtib edilmişdir. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 233.1 -ci maddəsi ilə 2500 (iki min beş yüz) manat cərimə edilmişdir. Ekologiya İdarəsinin işçilərinin restorana baxış keçirdiyi zamanı əsas arqumentləri bu olmuşdur ki, mətbəxdə təmizləyici qurğunun olmaması səbəbindən atmosfer havasına zərərli maddələrin miqdarı normadan artıq olmuşdur. Əslində təmizləyici qurğuların obyektlərdə yerləşdirilməsi o zaman zəruri olmalıdır ki, təsərrüfat fəaliyyətini həyata keçirən müəssisədən havaya atılan zərərli maddələrin miqdarı qanunvericiliklə müəyyən edilmiş yol verilən hədlərdən artıq olsun. Ekologiya əməkdaşlarının ölçmə işləri apardığı cihazın nəticələrinə görə dəm qazı normadan iki dəfə artıq olmuşdur. Lakin o atmosferə atılan dəm qazının normasının hansı sənəddə əks edilməsini soruşduqda bununla bağlı ağlabatan cavab ala bilməmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə 2500 manat cərimə edilməyim barədə qərar əsassız və qanunsuzdur. Lakin hökumətin tapşırığının verilməsindən 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də nazirlik tərəfindən bu normativlər müəyyən edilməmişdir. Göründüyü kimi, atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normaları hazırda qüvvədə olan qanunvericiliklə təsdiq edilmədiyindən, məsələn dəm qazının atmosferə atılmasının norması konkret olaraq müəyyən edilmədiyi halda onun bu xətaya görə inzibati məsuliyyətə cəlb edilməyi yolverilməzdir. Bundan başqa ekologiya işçiləri tərəfindən “Ziya" restoranında aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Həmin Qanunun 3-cü maddəsinin tələblərinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmədən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında olan qərarını ləğv edərək iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X4 şikayətini müdafiə etdi və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 protokola uyğun izahat verməklə məhkəmədən X3 şikayətinin əsassız olduğunu, Sumqayıt şəhər Məhkəməsində işə baxıldığı, şikayətin əsassız olduğu barədə qərar qəbul edilmiş, sonradan iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. X3 rəhbəri olduğu obyektə baxış keçirən şəxsin bu iş üzrə serifikatı olan mütəxəssis olmuşdur. Həmçinin yoxlanış zamanına dair fotoşəkillər də mövcuddur. X2 tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən “Ziya” restoranının rəhbəri X4 barəsində Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən “Ziya” restoranında aparılan monitorinq zamanı tüstü bacasında təmizləyən qurğunun olmadığı atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilmişdir. X2 tərəfindən Azərbaycan Respubliksının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 2500 manat məbləğində cərimə edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttiş X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Ziya” restoranın rəhbəri X4 barəsində xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində fəaliyyət göstərən “Ziya” restoranında atmosfer havasında monitorinq zamanı tüstü bacasında təmizləyici qurğunun olmadığı, atmosferə atılan zərərli maddələrin miqdarının yol verilə bilən olduğu müəyyən edilmişdir. X4 tərəfindən Azərbaycan Respiblikasının İnzibati Xətalar Məcəlləsinin 233.1; 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 24865 nömrəli akt, xx.xx.2024-cü il tarixli 001846 nömrəli monitorinq aktı, izahat və fotoşəkillər ilə təsdiq edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X4 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclası zamanı xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara, iş materiallarına əlavə edilmiş arayışa baxış keçirilərkən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X3 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar