Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1874/2021 17.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 oğlunun iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 oğlunun 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.09.2021- ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. İlkin məhkəmə iclasında dindirilmiş şikayətçi X3 oğlu ərizəsini əsaslandıraraq bildirdi ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 31.08.2021-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş və daha sonra 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbehvermə haqqında” Qərar əsasında 3000 manat inzibati cərimə tətbiq edilmişdir (Qərar 15.10.2021-ci ildə tarixdə təqdim edilmişdir). Eyni zamanda bildirir ki, qərardan 20.10.2021-ci ildə İXM-nin 128.2.3-cü maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (Ekologiya və Təbii Sərvətlər Nazirliyinə) şikayət verilmişdir. Şikayətə yuxarı səlahiyyətli orqan tərəfindən baxılmamış və İXM-in 134cü maddəsinə zidd olaraq qərarlar qəbul edilmədən 35/H-640-09 saylı 03.11.2021-ci il tarixli tövsiyə xarakterli məktubla münasibət bildirmişdir. Həmin məktub 06.11.2021-ci il tarixdə əldə edilmişdir. 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı Qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv edilməlidir. Belə ki, rəhbəri olduğu "xxxx" MMC 25.01.2018ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandırmışdır. Bu barədə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 16.09.2021-ci il tarixdə rəsmi müraciət edilərək bildirilmişdir ki, 01.03.2021-ci ildən MMC-yə məxsus bina və avadanlıqlar hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Q.P.Şəfıyevaya (VÖEN **********) icarəyə verildiyi üçün inzibati xətalar haqqmda işlərə baxarkən nəzərə almması xahiş edilmişdir (əlavə olunur). Bundan başqa 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfındən həyata keçirilən nəzarət tədbiri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmçinin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamalarm hüquqi nəticəsi yoxdur. Bundan əlavə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. 14.12.2021-ci il tarixdə şiayətçi Mayis Hüseynov tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında qərarı 07 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ləğv edilmişdir. İnzibati qərar qəbul etmiş şəxs 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin qismən təmin edilməsi haqqında qərar qəbul edilməlidir. İş materiallarında olan protokoldan və sənədlərdən görünür ki, Zığ-Hövsan yolu, 6-cı km, 21 -ci sahə ünvanında yaşayan sakinlərin şikayəti əsasında 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən Hövsan qəsəbəsi, Zığ-Hövsan yolu, Şimal-qərb hissəsi, "xxxx" MMC-yə məxsus kərpic müəssisəsinin ətrafında monitorinq aparılmış, həmin müəssisənin təmizləyici qurğunun olmaması səbəbindən əhalinin sağlamlığına mənfi təsir edən normadan artıq zərərli tullantıların havaya atılması faktına görə 31 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 237.1 və 266.1ci maddələri ilə təqsirli bilinərək 3000 (üç min) manat məşləğində cərimə edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 0432 nömrəli, 25 avqust 2021-ci il tarixli Monitorinq Aktına əsasən ərazidə ölçmə işləri aparılmış və dəm qazı (6,8 mq) yolverilən həddən (5 mq) artıq olmuşdur. Sözügedən akt əsasında 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən "xxxx" MMC-nin direktoru X2 barəsində inzibati protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Müəyyən edilmişdir ki, inzibati xəta törədən şəxs barəsində icraat aparılarkən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, atmosfer havasına fiziki təsirin yol verilən həddi müəyyənləşdirilərkən müəssisənin sənaye zonasında və ya yaşayış zonasında yerləşməsi dəqiqləşdirilməmiş, məsuliyyətə cəlb edilən hüquqi şəxsin həmin dövrdə fəaliyyətinin dayandırıb-dayandırmaması yoxlanılmamışdır. Belə ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş 0432 nömrəli, 25 avqust 2021-ci il tarixli Monitorinq Aktında atmosfer havasına fiziki təsirin yol verilən həddi yaşayış zonası üçün 5 mq olduğu qeyd edildiyi halda, sənaye zonası üçün bu rəqəm 20 mq təşkil edir. Bundan əlavə X2 müraciətində 25 yanvar 2021-ci il tarixdən sahibkarlıq fəaliyyətini dayandırığını və müəssisəyə məxsus avadanlıqların 01 mart 2021-ci il tarixdən hüququi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Q.P.Şəfiyevaya (VÖEN **********) icarəyə verdiyini bildirmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri tərəfindən inzibati xəta haqqjnda işə baxılması müddətləri də pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan 15 (on beş) gün müddətində baxır. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanunvericiliyin tələbi pozularaq işə protokol tərtib edildiyi vaxtdan 20 (iyirmi) gün keçdikdən sonra baxılmışdır. Beləliklə, məlum olmuşdur ki, konkret işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, inzibati xətalara dair işlərə baxılması üçün müəyyən edilmiş prosedur qaydaları pozulmuş və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə qurumun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraqqərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Yuxarıdakılara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 oğlu tərəfindən verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Abşeron ərazi şöbəsinin 27 fevral 2020-ci il tarixli, MN 045273 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayəti qismən təmin edilməli, 27 fevral 2020-ci il tarixli, MN 045273 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 oğlunun barəsində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20.09.2021-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və iş yenidən baxılması üçün 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1874/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1874/2021
17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver