Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1878/2024 11.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Könül İsgəndərli protokolu müdafiə edərək bildirmişdir ki, Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2358/2023 nömrəli icra vərəqəsinə əsasən Şəxs 24 avqust 2023-cü il tarixdən başlayaraq, 15 noyabr 2014-cü il təvəllüdlü X4 və 28 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşaqların 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 29 noyabr 2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 07 dekabr 2023-cü il tarixdə şöbəyə gələrək, icra vərəqəsi və iş materialları ilə tanış olmuşdur. Şəxs icra vərəqəsi üzrə ödəniş etməməsi ilə əlaqədar tələbkarın müraciəti əsasında Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla müraciət olunmuş və Abşeron rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 8(012)- 31/2024 saylı qərardadına əsasən xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan borclu Quliyev sonuncunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Elektron informasiya vasitəsi ilə borclunun əmlak vəziyyəti və gəlirləri yoxlanılmış, lakin gəlir və əmlak aşkar edilməmişdir. Şəxs yaşadığı ünvan natamam olduğundan onu tapmaq mümkün olmamış, bu səbəbdən barəsində 02 iyul 2024-cü il tarixdə axtarış qərarə qəbul olunmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsi tərəfindən icra şöbəsinə təhvil verilmişdir. Tələbkarla əlaqə saxlanıldıqda o, Abşeron rayon İcra və Probasiya Şöbəsinə teleqram ünvanlayaraq, borclu tərəfindən ona hazırki vaxta qədər ödəniş olunmadığını bildirmişdir. Hazırki dövr üçün isə ödənilməmiş 3600 manat məbləğində aliment pulu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilmir. Belə ki, o, hazırki vaxta qədər tələbkarın kartına müxtəlif ödənişlər etməklə, icra vərəqəsini icra etmişdir. Mobil telefon hazırda onda olmadığndan tələbkara etmiş olduğu ödənişlərin qəbzlərini təqdim edə bilmir.Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: 23 oktyabr 2023-cü il tarixdə Yevlax rayon məhkəməsi tərəfindən qəbul edilmiş 2(039)-2358/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 24 avqust 2023-cü il tarixdən başlayaraq, 15 noyabr 2014-cü il təvəllüdlü X4 və 28 iyun 2021-ci il təvəllüdlü X2 adlı uşaqların 18 yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qərara alınmışdır. 29 noyabr 2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. 19 yanvar 2024-cü il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 8(012)-31/2024 saylı qərardadına əsasən xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 01 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş akta əsasən Yevlax rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2358/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində olmuş, lakin ünvan natamam və ərazi geniş olduğundan borclunun yaşadığı yeri tapmaq mümkün olmamışdır. 02 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il təvəllüdlü Gəncə şəhərində anadan olmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan olunmuşdur. 11 sentyabr 2024-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs Sehran qızı tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış teleqrama əsasən Şəxs tərəfindən ona heç bir aliment borcu ödənilməmişdir, aliment ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Borclu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini icra etməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasının təmin edilməsinə təşəbbüs göstərməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməkdən yayınmışdır. Bununla əlaqədar barəsidə axtarış verilmiş, axtarış nəticəsində gətirilməsi təmin olnmuşdur. Ona xəbərdarlıq edilmiş əlavə vaxt verilmiş lakin nəticəsi olmamışdır. Beləliklə məhkəmə borclu tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, icra sənədi barədə məlumatı olsa da, icra sənədinin icrasının təmin edilməsi üçün uzun müddət ərzində təşəbbüs göstərməməsini tələbin icrasından qərəzli yayınma kimi qiymətləndirərək, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiq edilməsinin lüzumsuz olduğunu hesab edərək, ona həbs növündə tənbeh tədbiri tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 11 sentyabr 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1878/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1878/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver