Məhkəmə qərarları › İş №3(012)-1881/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1881/2022

29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1881/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, vəkil Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu Məmmədli kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə barədə MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Məmmədli kəndində xidməti avtomobilində yaxınlaşaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş və polis əməkdaşının ünvanına nalayiq söyüşlər söyüb polisin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Mehdiabad PB-nin sahə rəisi polis kapitanı X3 bildirdi ki, xx.xx.2022-ci ildə Məmmədli kəndində xidməti avtomobilində vətəndaşı gözləyən zaman Zakir Əliyev fit çalaraq avtomobilə yaxınlaşaraq polisin ünvanına nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə əməl etməyərək müqavimət göstərmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasın bildirdi və yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəkili Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil Zakir Əliyevə yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində iştirak edən Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin sahə rəisi, polis baş serjantı Nuri Nuriyev bildirdi ki, xx.xx.2022-ci il tarixdə Məmmədli kəndindən X2 102 xidmətinə olan zəngi əsasında ərizə almaq məqsədilə Məmmədli kəndinin mərkəzində dayanacaqda Ş.Nağıyenı gözləyərkən bir nəfər tanımadıqları şəxsin fit çalıb xoşagəlməz hərəkətlər etməklə, polislər əleyhinə nalayiq ifadələr işlətməsinin şahidi olmuşdur. Onu nə qədər nizam intizama dəvət etsələr də qanunsuz hərəkətlərinə davam etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsilə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmədə müəyyən edilmişdir ki, həm protokolda qeyd olunan hallar, həm də iş üzrə özünün və şahid ifadəsi Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibat i xətanın olmasını istisna edir.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tərkibi olduğundan həmin maddənin sanksiyasında nəzərdə tutulan qaydada cəzalandırılmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əməlinin xaharketrini nəzərə alır və hesab edir ki, həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 04 gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən saat 19:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar