Məhkəmə qərarları › İş №3(012)-1882/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1882/2020

05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1882/2020 05.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə X1 barəsində tərtib edilmiş qərarın ləğv edilməsi haqqında şikayətinin geri qaytarılması haqqında vəsatətinə açıq məhkəmə iclasında baxaraq M ü ə y yə n etdi: Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət X3 xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikasının İXM-nin 328.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 manat məbləğində cərimə edilmişdir. X1 şikayətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində Bakı şəhər Baş Polis İdarəsi Dövlət X4 tərəfindən tərtib edilmiş İXP ******* saylı protokol ilə razı deyildir. Belə ki, sözügedən protokolda xx xxxxxxx 2020-ci il tarixində saat 06:59-da Bakı-Quba yolu 12 km Avtovağzal istiqamətindən keçərkən ona məxsus **-BV-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı nəqliyyat vasitəsini saatda 144 km sürətlə idarə etdiyi qeyd olunmuşdur. Lakin avtomobili Bakı-Quba yolu 12 km Avtovağzal istiqamətində yoxuş qalxdığına görə saatda 144 km sürətdə sürmək mümkün deyildir. Buna baxmayaraq heç bir qayda pozuntusuna yol vermədiyi təqdirdə barəsində protokol tərtib edilmiş və onlayn qaydada göndərilmişdir. Hadisə yerinə aid video görünüş mövcuddur. Buna görə də barəsində qəbul edilən EQ ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Zeynalov Ramil Məhəmməd oğlu ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş qərarın ləğv edilməsi haqqında şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət qaytarılmalıdır. Belə ki, Azərbaycan RespublikasıİXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. İşə əlavə edilmiş ərizədən görünür ki, X1 onun barəsində tərtib edilmiş EQ4613532 saylı qərarın ləğv edilməsi haqqında şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 onun barəsində tərtib edilmiş EQ ******* saylı qərarın ləğv edilməsi haqqında şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etdiyinə görə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq Qərara aldı: X1 tərəfindən verilmiş ərizəyə əsasən barəsində ərtib edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 xx xxxxxxx 2020-ci il tarixli qərarından verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar