Məhkəmə qərarları › İş №3(012)-1883/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1883/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1883/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında inzibati xəta haqqında materiala baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş bəzi protokollarda inzibati xətanın törədildiyi yer, zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadıqları yerlərin ünvanları göstərilməmişdir. Həmçinin, inzibati araşdırma zamanı sahə inspektorları bir qisim zərərçəkmiş şəxsləri dəvət edərək, izahatlarını almamış, zərərin ödənilib-ödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib-etməməsi, sonuncuya qarşı şikayət və tələblərinin olub-olmaması məsələsini araşdırmamış, bundan əlavə zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə olan halda isə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməli olması məsələsi barədə müvafiq qənaətə gəlmə mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.9-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer göstərilir; 100.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilir; 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir; 100.1.10-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir; 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir; Beləliklə, məhkəmə hesab edir ki, sahə inspektorları bir qisim zərərçəkmiş şəxsləri dəvət edərək, izahatlarını almadığını, zərərlərin ödənilib-ödənilməməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışıq əldə edib-etməmələri, sonuncuya qarşı hələ də şikayət və tələblərinin olub-olmaması məsələsini araşdırmadığı, həmçinin həmin məsələlərin müəyyən edilməsi üçün zərərçəkmiş şəxslərin məhkəmə iclasında iştirakını təmin etmədiyi və mövcud natamamlıqları isə sanksiyasında inzibati həbs növü nəzərdə tutulan, yəni dərhal baxılmalı olan işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Abşeron rayon Polis İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qeyd olunan qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar