Məhkəmə qərarları › İş №3(012)-1885/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1885/2024

12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1885/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Balakən rayonu, Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Saatlı rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, bina 90, ev 173-də yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: X1 İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib olunmuş 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis leytenantı X8 izahat verərək bildirmişdir ki, xx.xx.1991-ci il tarixdə Balakən rayonu, Mahamalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Saatlı rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, bina 90, ev 173-də yaşayan X4 qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən MegaStore marketin qarşısında olduğu zaman səs-küy saldığından saxlanılmışdır. Bu barədə tərəfindən X1 barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, X1 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən MegaStore marketin qarşısında olduğu zaman səs-küy saldığı üçün polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra hansı səbəbdən özünü belə apardığını və o psixotrop maddə olan metamfetamini istifadə etdiyindən halının özündə olmadığını bildirdi. Bundan sonra polis əməkdaşları onu saxlayıb Abşeron RPİ-nə dəvət etdilər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən onlarla birgə polis bölməsinə gəlmişdir. Orada üzərində narkotik maddə olmadığını demiş və bölmədə xidməti iş otaqların birində onun üzərinə şəxsi axtarış aparılacağı bildirimişdir. Əvvəlcə ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrim izah olunmuş, sonra video görüntü ilə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi üçün video çəklişlə üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla dövriyyəsi qadağan olmuş hər hansı bir əşya dəlil aşkar olunmamışdır. Narkotik vasitə olan metamfetam istifadə etmişdir. Psixotrop maddəni Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Oba marketin yaxınlığından yerdən tapmışdır. Məhkəmə iclasında müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. sonuncu dəfə xx.xx.2024-cü il tarixdə günorta saatlarında çəkmişdir. Himayəsində dörd azyaşlı uşağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X4 qanunsuz olaraq narkotik vasitədən və psixatrop maddədən istifadə etdiyi aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 21:35-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.xx.xx.2024-cü il tarixdə buraxılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 6159 nömrəli rəyindən görünür ki, X2 eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X4 barəsində Abşeron RPİ-nin Saray PB-si tərəfindən İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, himayəsində dörd azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, X1 əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini və X1 baxılan işlə bağlı xx.xx.2024-cü il tarixdə saat 21:35-də tutulduğunu nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Məhkəmə, X1 şəxsiyyətini, himayəsində dörd azyaşlı uşağının olmasını, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. X3 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 86,39.1.2,212-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. X3 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın İcrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar