Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1886/2024 12.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: İbrahimli Bəhram İqrar oğlunun katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2003-cü il tarixdə Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qobustan rayonunun Cəyirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Mütəllim Məhərrəmov protokolu müdafiə edərək, izahatında göstərdi ki, Şəxs 31 may 2024-cü il tarixdə, Xırdalan şəhəri, 28-ci məhəllədə, bina 1, mənzil 72 ünvanında yaşayan Zərərçəkmiş şəxs kredit götürməkdə köməklik edəcəyi adı ilə sosial şəbəkədə aldadaraq, 180 manat məbləğdə pulunu ələ keçirmişdir. 10 iyun 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X27 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, o, 31 may 2024-cü il tarixdə, Xırdalan şəhəri, 28-ci məhəllədə, bina 1, mənzil 72 ünvanında yaşayan Zərərçəkmiş şəxs kredit götürməkdə köməklik edəcəyi adı ilə sosial şəbəkədə aldadaraq, 180 manat məbləğdə pulunu ələ keçirmişdir.. Törətmiş olduğu inzibati əməldən peşmandır, lakin dəymiş ziyanı hazırda ödəməyə maddi imkanı yoxdur. Himayəsində 01 azyaşlı uşağı vardır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10 iyun 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X27 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. 12 sentyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:00-dan məhdudlaşdırılmışdır. 12 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 may 2024-cü il tarixdə, Xırdalan şəhəri, 28-ci məhəllədə, bina 1, mənzil 72 ünvanında yaşayan Zərərçəkmiş şəxs kredit götürməkdə köməklik edəcəyi adı ilə sosial şəbəkədə aldadaraq, 180 manat məbləğdə pulunu talamışdır. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2023-ci il təvəllüdlü X28 adlı uşağı vardır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törətmiş xətanın xarakterini, şəraitini, təqsirinin dərəcələrini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini, sonuncunun ondan şikayətçi olmamasını, bu cür hərəkətləri ilə cəmiyyətə və ətrafda yaşayan digər insanlara mənfi nümunə olmasını nəzərə alıb, barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 sentyabr 2024-cü il saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Abusət Qasımov Sədrlik edən: Abusət Qasımov İş № 3(012)-813/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ABŞERON RAYON MƏHKƏMƏSİ QƏRAR 30 aprel 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Həsənli Salatın Etibar qızının katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxs: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru X11, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan (***-***- **-**) Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Qərarın icrası Şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov İş № 3(012)-371/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU ABŞERON RAYON MƏHKƏMƏSİ 22 fevral 2024-cü il Xırdalan şəhəri Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi ilə, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər: Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4, Abşeron rayon Polis İdarəsinin İTŞnin polis sahə rəisi, polis mayoru X11, Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. İclas saat 16:45-də açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarına inzibati xəta haqqında material üzrə məhkəmə iclasının audioyazı aparılaraq keçirilməsi barədə xəbərdar edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, inzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər və barəsində inzibati qaydada icraat aparılan şəxs gəlmişlər, lakin zərərçəkmiş şəxslərin isə məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Sədrlik edən zərərçəkən şəxslərin iştirakı olmadan inzibati işə baxılmasının mümkün olması barədə proses iştirakçısının fikrini soruşur. Etiraz daxil olmadı. Məhkəmə yerində müşavirə edərək qərara alır: Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən, inzibati protokolu tərtib edən zərərçəkən şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilsin. Barəsində inzibati qaydada icraat aparılan şəxs: Şəxs-xx.xx.2002-ci il tarixdə Salyan rayonunun Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonunun Kərimbəyli kəndində kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, "xxxx" MTK, blok 3, 6-cı mərtəbə (***-***-**-**) İnzibati protokolu tərtib edən şəxslər: X8- Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis kapitanı. X19-Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis mayoru. X14-Abşeron rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı. Sədrlik edən hakimi və katibi elan edir. Hakim Qasımov Abusət Sahib oğlu. Məhkəmə iclas katibi İbrahimov Bəhram İqrar oğlu. Sədrlik edən proses iştirakçılarından hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Vəkilə ehtiyacım yoxdur. Hüquqlarımı sərbəst müdafiə edə bilərəm. Ona görə də vəkilin iştirakı olmadan işimə baxılmasını xahiş edirəm. Sədrlik edənin s/c olaraq inzibati protokolu tərtib edən şəxslər (hər biri ayrıayrılıqda): - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edənin s/c olaraq müdafiəçi: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və ya vəsatət daxil olmadı. Sədrlik edən inzibati protokolu tərtib edən Mütəllim Məhərrəmova izahat vermək üçün söz verir. İnzibati protokolu tərtib edən Mütəllim Məhərrəmovun izahatı: -Protokolu müdafiə edirəm. Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayan X2 ev verəcəyi adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir.19 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X29 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Sual daxil olmadı. Sədrlik edən inzibati protokolu tərtib edən Bəybala Ərəbova izahat vermək üçün söz verir. İnzibati protokolu tərtib edən Bəybala Ərəbovun izahatı: -Protokolu müdafiə edirəm. Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X25 yaşayan Kazımov Habil Raqif oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. 23 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF X25 yaşayan Həmidov Ramin Xanbala oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. 01 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X20 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Absheron City” Yaşayış Kompleksində yaşayan Əsədov Seymur Saməddin oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 200 manat pulunu ələ keçirmişdir. 15 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Sual daxil olmadı. Sədrlik edən inzibati protokolu tərtib edən Tərlan Gülməmmədova izahat vermək üçün söz verir. İnzibati protokolu tərtib edən Tərlan Gülməmmədovun izahatı: -Protokolu müdafiə edirəm. Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yaşayan İsmayılov Ramil Rafiq oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. 27 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X24 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Məhəllədə yaşayan Əsgərova Sevda Asif qızını sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 35 manat pulunu ələ keçirmişdir. 11 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X30 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X18 yaşayan Əliyev Aqil Natiq oğlunu sosial şəbəkədə kirayə ev vermək adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. 15 yanvar 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X34 Kompleksi, ev 5, mənzil 53 ünvanında yaşayan X5 ev verəcəyi adı ilə aldadaraq 45 manat pulunu ələ keçirmişdir. 08 fevral 2024-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X34 Kompleksi-1, ev 7, mənzil 11 ünvanında yaşayan X6 ev verəcəyi adı ilə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. 30 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X36 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan X3 ev verəcəyi adı ilə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. 26 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X27 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan X1 ev verəcəyi adı ilə aldadaraq 50 manat pulunu ələ keçirmişdir. 31 dekabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Sual daxil olmadı. Sədrlik edən barəsində inzibati qaydada icraat aparılan şəxsə izahat vermək üçün söz verir. Barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı: -Mən inzibati xətada özümü təqsirli bilirəm. Törətmiş olduğum inzibati əməlləri maddi imkansızlıqdan etmişəm. Dəymiş ziyanları ödəməyə maddi imkanım yoxdur. Əməlimdən peşmanam və bir daha bu cür hallara yol verməyəcəm. Barəmdə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən proses iştirakçılarından vəsatətlərin olub olmamasını soruşur. Vəsatətlər daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub-olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verilir. Barəsində inzibati qaydada icraat aparılan şəxs: - Möhtərəm hakim, barəmdə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 22 fevral 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(012)-1886/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1886/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver