Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1887/2022 16.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonu, Şabanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Cəlilabad rayonu, Şabanlı kəndində qeydiyyat olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi (bundan sonra İXM) ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında İ X10 Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 27.2-ci km-də, Cəlilabad rayonu, Şabanlı kənd qeydiyyatlı, xx.xx.1983-cü il təvəllüdlü, Şəxs idarə etdiyi Ford Tourneo markalı, ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Nizami küçəsi, 19 C, məhəllə 6 qeydiyyatlı, xx.xx.2000 ci il təvəllüdlü X2 idarə etdiyi Vaz 21703 (Priora) markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə Priora markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 və həmin avtomobildə sərnişin olan Sumqayıt şəhəri, Xəzər Bağları 16A ünvanında qeydiyyatda olan, xx.xx.1993 cü il təvəllüdlü, X3 xəsarət almışdır. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, idarə etdiyi Ford Tourneo markalı ** DF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağından soluna keçərək Ceyranbatan qəsəbəsi istiqamətində geriyə dönmə əməliyyatı etmək istəyərkən sol zolaqda Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan X2 udarə etdiyi VAZ 21703 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və bu səbəbdən VAZ 21703 markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı VAZ 21703 markalı avtomobilin sürücüsü və sərnişini yüngül bədən xəsarəti almışdır. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Yüngül cəza verilməsini xahiş etdi. İş materiallarında olan 5859 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs "ayıq” olduğu qeyd olunmuşdur. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 2545 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər- dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL" zərərvurmaya aiddirlər. Təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 2599 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “YÜNGÜL" zərərvurmaya aiddirlər. İşə əlavə edilmiş, xx.xx.2022-ci il taixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs törətdiyi əməl inzibati xəta kimi tövsif edilmişdir. Məhkəmədə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması öz izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən səmimi peşmançılıq çəkməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, onun inzibati cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs( AZE ********; Tel: ***-***-**-**) Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1887/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1887/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver