Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1887/2025 12.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: X2 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Arbatan Ərazi Dairəsi, Arbatan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair tərtib edilmiş 12 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X2 Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Faiq Nağıyev izahat verərək bildirdi ki, DAEWOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü DYPnın stasionar postunda tərəfindən saxlanılmış və aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, sürücünün “BC” kateqroiyası olsa da ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyası yoxdur. Bundan başqa sürücünün nəqliyyat vasitəsində əlavə texniki nasazlıqlar müəyyən edilərək, barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı özünü təqsirli bilərək, qeyd etdi ki, DAEWOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daimi olaraq atasının icarəsində olmuş, lakin 12 avqust 2025-ci il tarixdə şəxsi işləri ilə əlaqədar işə çıxa bilməmiş, avtobusu o, idarə etməli olmuşdur. O, DYP-nin stasionar postunda saxlanılmış və müəyyən edilmişdir ki, onun sürücülük vəsiqəsi “BC” kateqoriyalıdır, sərnişin daşıma üçün icazə verilən “D” kateqoriyası onda yoxdur. O etdiyi əməlin doğru olmadığını, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 avqust 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə yoxlama məqsədi ilə saxlanılmış və, sürücünün ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzbati xəta haqqında protokolu tərtib etmiş YPX inspektorunun izahatı və digər sənədlər ilə tam sübuta yetirilir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin Şəxs tərəfindən törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməllərinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Belə ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, DAEWOO markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs məxsus “BC” kateqroiyalı sürücülük vəsiqəsi olsa da, lakin həmin vəsiqədə ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ verən “D” kateqoriyası mövcud deyildir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilmiş Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332-5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən, saat 12:55-dən hesablansın. Qərarın “həbs” növündə tənbeh tədbirinə dair icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məhkəmənin səlahiyyətlərinə aid olmadığından sonuncunun əməlinə həmin hissədə hüquqi qiymət verilməsi üçün material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1887/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1887/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver