Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1889/2022 03.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X1, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələlər inzibati məsuliyyətə cəlb edilməmiş, Kəlbəcər rayonu, Çəpli ərazi dairəsi, İlyaslar kəndində kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə massivi, 7-ci məhəllədə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsinin Saray PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək və eyni tarixdə Abşeron RPİ-nin Saray PB-nə ərizə ilə müraciət edərək, boşanmaq ərəfəsində olduğu əri Şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvana gələrək mübahisə edib sillə ilə onun sifət nahiyəsindən vurması, daha sonra isə Elvinin ona məxsus “Xiomi 11” markalı mobil telefonu, eləcə də övladları 2016-cı il təvəllüdlü Zəhra Alıyevanı və 2018-ci il təvəllüdlü Sona Alıyevanı özü ilə aparması barədə məlumat vermişdir. 17 noyabr 2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin Saray PB-nə göndərilməsi qərara alınmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, özünü təqsirli bilmir, o, Rufanə Misayevanı başqa şəxslə telefonla danışarkən tutduğundan üzündən tutub geri itələmiş, onu döyməmiş və fiziki ağrı yetirməmişdir. Qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində inzibati xətanın tərkibinin olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, boşanmaq ərəfəsində olduğu əri Şəxs xx.xx.2022-ci il tarixdə onun yaşadığı ünvana gələrək mübahisə edib sillə ilə onun sifət nahiyəsindən vurmuş, daha sonra isə Elvin ona məxsus “Xiomi 11” markalı mobil telefonu, eləcə də övladları 2016-cı il təvəllüdlü Zəhra Alıyevanı və 2018-ci il təvəllüdlü Sona Alıyevanı özü ilə aparmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2653 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və başqa zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Lakin cinayət işinin rədd olunması barədə qərarda olan rəydən də göründüyü kimi, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarətin izi aşkar olunmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib elementi olan döyməni istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadıından iş üzrə icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1889/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1889/2022
03.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver