Məhkəmə qərarları › İş №3(012)-1889/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1889/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1889/2023 06.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X8, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, evli, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X11 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin polis sahə rəisi X11 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 11:30 raddələridə Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliyev prospekti,“AAAF park” yaşayış kompleksinin yanında yerləşən Bazar Store ilə üzbə- üz yerləşən dostu Musa adlı şəxsin işlədiyi yerə gedən zaman tanımadığı qadın ona idarə etdiyi avtomobili kənarda saxamasını demiş və aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı tanımadığı qadın ona sol ayağında təpiklə zərbə vuraraq,ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, təqribən 5 ay olar ki, Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliyev prospekti,AAAF park yaşayış kompleksinin yanında yerləşən Bazar store ilə üzbəüz meyvə- tərəvəz dükanında satıcı olaraq işləyir.xx.xx.2023-cü il tarixdə saat təqribən 13:00 raddələrində tanımadığı şəxs maşını ilə gələrək onun işlədiyi yerin önündə saxlamış, bu zaman ona maşını burada saxlama birazdan onun dükanına mal gələcəyini demişdir. Həmin tanımadığı şəxs ona “sən kimsən? mənə göstəriş vermə.” sözlərini demişdir. Həmin şəxs telefonla danışadanışa onun barəsində nalayiq sözlər işlədən zaman yaxınlaşaraq onun ayağına təpiklə vurmuşdur. Bu zaman orada olan digər şəxslər onu kənara çəkmişdirlər. Sonda o, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təqribən 11:30 raddələridə Abşeron rayonu, Xırdalan şəhəri,H.Əliyev prospekti,“AAAF park” yaşayış kompleksinin yanında, Bazar Store ilə üzbə-üz yerləşən dostu Musa adlı şəxsin işlədiyi yerə gedən zaman tanımadığı qadın ona idarə etdiyi avtomobili onun işlədiyi yerin kənarında saxamasını demiş və aralarında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı tanımadığı qadın ona sol ayağından təpiklə zərbə vuraraq xəsarət yetirmişdir. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng vurarq məlumat vermişdir. O, əlavə olaraq baş vermiş mübahisənin 1-2 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa tanımadığı şəxslərin olduğunuda qeyd etmişdir. Onu döymüş şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Sonda o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2086 nömrəli rəyindən görünür ki, 1966-cı il təvəllüdlü X1 məhkəmə- tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol baldır nahiyyəsinin qançırı, küt əşya əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədə hissəsinin (əl,ayaq və sair) təsirindən yarana bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar