Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1890/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 İnzibati xəta haqqında X6 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi X4 Barəsində inzibati xəta "xxxx" MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat X1 aparılan: iştirakları ilə "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 05 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə "xxxx" MMC tərəfindən X5 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 30 aprel 2025-ci il tarixdən işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol baxılması üçün 19 iyul 2025-ci il tarixli məktubla Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 izahatında göstərdi ki, X5 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 30 aprel 2025-ci il tarixdən işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt həmin şəxslər barədə həmin ərazilərə giriş icazəsinin "xxxx" MMC tərəfindən alınması ilə öz təsdiqini tapır. Belə ki, həmin şəxlər qeyd edilən tarixdə "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi olmamışdır. Buna görə də "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, X5 və X7 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra müvafiq portalda onların iş icazəsinin ləğv edilməsi üçün aidiyyatı orqana müraciət edilmiş və icazələr ləğv edilmişdir. Sonradan həmin şəxslər başqa şirkətin işçisi olaraq həmin ərazilərə iş üçün getmişlər. (Əmək müqaviləsinin surəti təqdim edilmişdir) Həmçinin onu da əlavə etmişdir ki, protokol tərtib edilərkən səthi araşdırılma aparılmış, sübutlar tam toplanılmamışdır. Həmin icazələr öncədən alınmış icazələr olmuş, icazə alınarkən həmin şəxslər MMC-nin işçiləri olmuş, müqaviləyə xitam verildikdə iş icazəsinin də ləğv edilməsi üçün müraciyət olunmuşdur. Sadəcə icazəni ləğv edən orqanın işində bir gün yubanma olduğu üçün hazırkı vəziyyət yaranmışdır. Əgər protokol tərtib edən şəxs bu halları araşdırsa idi protokolun tərtib ediləsi üçün səbəbin olmadığını müəyyən edərdi. Buna görə də protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati xəta haqqında” MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X5 və X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 30 aprel 2025-ci il tarixdən işğaldan azad edilmiş ərazilərdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi üçün "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, protokol tərtib ediləcəyi tarix göstərilərək, həmin tarixə nümayəndənin iştirakının təmin edilməsinin zəruriliyi göstərilmişdir. "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qərarın qəbul ediləcəyi tarix göstərilərək, həmin tarixə nümayəndənin iştirakının təmin edilməsinin zəruriliyi göstərilmişdir. X5 ilə "xxxx" MMC arasında bağlanmış, əmək müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdən müqavilə imzalanmış, xx.xx.2025-ci il tarixli bildirişə əsasən müqaviləyə xitam verilmişdir. X7 ilə "xxxx" MMC arasında bağlanmış, əmək müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdən müqavilə imzalanmış, xx.xx.2025-ci il tarixli bildirişə əsasən müqaviləyə xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, X6 Xidməti tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 05 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Protokolda qeyd edilən faktlar həmin orqanın təqdim etdiyi sənədlər və ya nümayəndənin ifadələri ilə sübuta yetirilməmişdir. Bununla da hüquqi şəxsin təqsirini şübhə altına almayacaq təkzibedilməz dəlillər toplanılmamışdır. Qeyd olunan prosessual hərəkətlər həyata keçirilmədən və mühüm əhəmiyyət kəsb edə biləcək bütün hallar araşdırılmadan inzibati xəta hadisəsinin mövcudluğunu müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (8-ci maddə); - Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1-ci maddə); - İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından "xxxx" MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1890/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1890/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver