Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1894/2025 12.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs xx xxxx 1985-ci il tarixdə Zəngilan rayonunun Şayıflı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Zəngilan rayonu, Şayıflı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 12 avqust 2025-ci il tarixli, MN seriyalı 23222753 saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 2(012)- 859/2024 nömrəli icra vərəqəsinə əsasən 14 avqust 2009-cu il təvəllüdlü X5 və 16 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs 28 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində sabit pul şəklində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 16 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu 09 oktyabr 2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamış, barəsində protokol tərtib edilərək, məhkəməyə verilmiş və Abşeron rayon Məhkəməsinin 3(012)-2143/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonrakı müddətlərdə borcu icra vərəqəsi üzrə göstərilən tələbin icrasından yayınaraq, şöbəyə gəlməmişdir. İcra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 05 avqust 2025-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir. Qeyd olunan icra vərəqəsi üzrə Şəxs 4600 manat məbləğində ödənilməmiş aliment borcu olmuş, lakin məhkəmə iclasında 700 manat ödəniş etməsini bildirir və məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclunun icra sənədi üzrə yaranmış borcunu tam şəkildə ödəməsini tələb edir, əks halda Şəxs barəsində inzibati tənbeh tədbiri tədbiq edilməsini xahiş etdi. Onda olan məlumata əsasən borclu işğaldan azad olunmuş ərazilərdə işləyir və qazanc əldə edir. Bundan başqa borclu dəfələrlə aliment ödəməyə söz versə də, laki müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü təqsirli bilir. Belə ki, o, icra vərəqəsində göstərilən tələbi icra etməkdən imtina etmir, lakin maddi imkanı olmadığından bugünədək borcundan ödəniş edə bilməmişdir. Məhkəmə araşdırılması dövründə tərəfindən 700 manat ödəniş edilməsini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi:
1. -Abşeron rayon məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 2(012)-859/2024 nömrəli icra vərəqəsinə əsasən 14 avqust 2009-cu il təvəllüdlü X5 və 16 aprel 2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs 28 noyabr 2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində sabit pul şəklində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir;
2. Abşeron rayon məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 2(012)-859/2024 nömrəli icra vərəqəsi ilə bağlı 16 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildiriş göndərilməklə rəsmi qaydada xəbərdarlıq edilmişdir;
3. Abşeron rayon Məhkəməsinin 3(012)-2143/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə Şəxs 500 manat məbləğində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir;
4. Abşeron rayon məhkəməsinin 21 iyul 2024-cü il tarixli, 2(012)-859/2024 nömrəli icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində 05 avqust 2025-ci il tarixdə axtarış qərarı qəbul edilmişdir.
Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən yerinə yetirməyərək, icrasını təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528-1.1-ci maddəsinə əsasən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati xəta törədən şəxsin orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını və borcundan 700 manat ödəniş etməsini əməldə məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, təqsirin dərəcələrini, inzibati xəta törədən şəxsin orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmasını, onun şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, əvvəlki tənbeh növündən nəticə çıxarmamasını habelə qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs etmənin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Abusət Qasımov