Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1896/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron Rayon Polis İdarəsindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs haqqında xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi X6 bildirdi ki, X1 xx.xx.2023-cü il tarixdə hayat yoldaşı Şəxslə aralarında mübahisə yarandığını, mübahisə zamanı həyat yoldaşı Mahir onu bıçaqla və sözlə onu hədələdiyini bildirməklə həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şəxs xx.xx.2023- cü il tarixdə gündüz radələrində əlində bıçaqla X2 ilə arasında mübahisə olmuşdur. Həmin vaxt Şəxs ünvansız nalayiq küçə ifadələri işlətmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, X3 onun həyat yoldaşıdır. Onlar 2013-cü ildə rəsmi nigaha daxil olmuşlar. Birgə nigahlarından üç övladları olmuşdur. Ailəli olduqları 10 il ərzində onların aralarında mütəmadi olaraq ailə daxili söz-söhbətlər, mübahisə olmuşdur. Təxminən bir ay əvvəl onlar kirayə yaşadıqları evdən çıxmaq məcburiyyətində qalmışlar. Bundan sonra Reyhan Sadıqova uşaqlarla birlikdə öz anasıgildə qalmışar, O isə qardaşı Anar Sadıqovun yaşadığı Türkan qəsəbəsindəki evində yaşamışdır. Müvəqqəti olaraq ayrı yaşasalar da mütəmadi olaraq telefon əlaqəsi yaradıb danışmışlar. Sonuncu dəfə onun Reyhanla telefonda mübahisəsi düşmüşdür. Belə ki, o mübahisənin səbəbi ondan ibarət olmuşdur ki, o müəllimlər bayramı münasibəti ilə məktəbdə 50 manat pul yığılması üçün ondan pul istəmiş, ona demişdir ki, kirayə evdən çıxanda ona 50 maRnat vermişdir ki, həmin pulu məktəb üçün versin. O pulu hara xərcləməsini soruşmuş, Reyhan da anasına dərman aldığını demişdir. Əsəbləşib ona demişdir ki, işləyirsən ki, pulu o-bu yesin? Bu səbəbdən də onun işdən çıxmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə onun iş yerinə getmiş və ona demişdir ki, onun işləməsinə icazə vermədiyi halda nə üçün işə getmişdir. O da heçnə deməmiş və iş yerinə qayıtmışdır. Bundan sonra onun atası gəlib onu işdən götürüb evə aparmışdır. xx.xx.2023-cü il tarixdə günorta saat təxminən 12 radələrində zəng etmiş Reyhanın anası telefonu götürüb Reyhan işə gedib demişdir. Lakin dünən onun iş yerinə getdiyi üçün onu işdən azad etmişlər. Ona demişdir ki, bu söz söhbətdən sonra o yenədə ona saymazyana işə getmişdir? Bundan sonra Xırdalana gəlmişdir. Saat təxminən 14 radələrin, onların qapısına gəlmişdir. Onun telefonu Reyhanda qalmışdır. Ondan telefonunu istəmişdir. O isa telefonu verməkdən imtina etmiş və evə girib qapını bağlamışdır. Əsəbləşib qapı bağlı olduğundan pəncərənin setkasını itələyib pəncərədən evə daxil olmuşdur. Onun qolundan tutub çölə çıxartmışdır. Ona sənlə işim yoxdur demişdir. Ona əl vurmayacağını, qardaşıgilə getməyini istəmişdir. Çünki tək olanda qarşı saymamazlıq edib iş axtardığını, işləyib pulunu da başqalarına yedirdiyini demişdir. Onun əlindən tutub dartıb aparmış, bu zaman həyətdə hüzür yeri olmuş, palatka quraşdırılmışdır. Oradakı insanlar Reyhanın ağlamağını görüb onlara sarı gəlmişlər, həmin şəxslərin sayca çox olmalarını görüb belinə qoyub gəzdirdiyi taxta tutacağı 10 sm, dəmir hissəsi 10 sm olan ümumilikdə 20 sm uzunluğunda olan mətbəx bıçağını çıxartmış və üzərinə taxta parçası ilə gələn şəxslərə yaxınlaşmalarını demişdir. Bıçağı çıxartmaqda məqsədi onları özünü öldürəcəyi ilə qorxutmaq idi ki,ona yaxın durmasınlar va onlara bu ailə daxili məsələdir demişdir. Bu zaman Reyhan da onu qucaqlayıb ağlaya-ağlaya lazım deyil demiş, bıçağı yığışdırmağını xahiş etmişdir Abşeron Gənclər şəhərciyinin yanındakı avtobus dayanacağına tərəf gəlmiş, həmin şəxslərdə onların arxalarınca gəlmişlər. O şəxslərin üzərinə qışqıraraq və ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Bu zaman avtobus dayanacağına çatanda polislər onlara yaxınlaşmışlar. Bıçağı tullamış və polislər onu və Reyhanı Abşeron rayon polis idarəsinə gətirmişlər. Məhkəmə iclasında Abşeron rayon Vəkil Bürosunun vəkili X7 izahatında bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflərin izahatları zamanı müəyyən edildi ki, Şəxs xx.xx.2023- cü il tarixdə gündüz radələrində əlində bıçaqla X2 ilə arasında mübahisə olmuşdur. Həmin vaxt Şəxs ünvansız nalayiq küçə ifadələri işlətmişdir. Ona görə də, düzgün olaraq onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 510-cu maddələrinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliyi protokol tərtib etmiş şəxsin məhkəmədə verdiyi izahat, zərərçəkənin izahatı, özünün izahatı ilə qismən və işin digər materialları ilə məhkəmədə sübuta yetirilir. Onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakı hüquq normalarına istinad edir: Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İş materiallarında olan inzibati tutma haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edildiyi üçün o, məhkəmə zalında dərhal həbsdən azad olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7na Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 70 (yetmiş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalında dərhal həbsdən azad olunsun. Qərarın icrası Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7na Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1896/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1896/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver