Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1897/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olan və faktiki olaraq Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsinin Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206 və 211.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş MN ******* və MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati tənbeh vermə barədə MN ******* saylı protokoldan görünür ki, 29.11.2021-ci il tarixdə 567 saylı avtobus sürücüsü olan Şəxs oğlunun sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar edilmişdir. Bundan başqa MN ******* saylı protokoldan görünür ki, o, 29.11.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində reyd zamanı 567 saylı sərnişin avtobusunun sürücüsü Şəxs oğlu və sərnişinləri karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206 və 211.1-ci maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis baş leytenantı X3 oğlu bildirdi ki, 29.11.2021-ci il tarixdə 567 saylı avtobus sürücüsü olan Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı narkotik vasitə olan marixuanadan istifadə etməsi və Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində reyd zamanı 567 saylı sərnişin avtobusunun sürücüsü və sərnişinləri karantin rejimi qaydalarını pozaraq tibbi maskadan istifadə etməməsi aşkar edilmişdir. Ona görə də sonuncu barəsində inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, o, törətdiyi əməldən peşmandır. Ona görə də məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206 və 211.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan 22.11.2021-ci il tarixli A/38 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə olan narkotik vasitə (TCH) qəbul etməsi müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 29.11.2021-ci il tarixdə saat 17:00 dəqiqədə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs oğlunun şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Şöbsinə həvalə edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 noyabr 2021-ci il saat 17:10 dəqiqədən hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1897/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1897/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver