Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1897/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Abşeron DYP-nin polis X2, X3 iştirakları ilə, X7 Abşeron DYP polis X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron DYP polis X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron DYP Polis X2 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də qanunla müəyyən edilmiş qaydada 40 manat məbləğində cərimə olunmuşdur. O qəti şəkildə Abşeron DYP Polis X2 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə razı deyil. Ona görə ki, bu qərarın yazılmasında göstərilən səbəblər həqiqəti əks etdirmir. Belə ki, ətraflı olaraq bildirmək istəyir ki, 11 iyul 2024-cü il tarixdə, saat 17 :40 raadələrində o özünə məxsus, idarə etdiyi "Moon AF 50" markalı moped ilə yaşadığı Qobu qəsəbəsi Yeni məhəllədə yerləşən fərdi yaşayış evinə getmək üçün qəsəbənin Ziya Bünyadov küçəsi ilə hərəkət etməyə başlayan zaman hərəkətdə olduğu yolda nəqliyyat vasitələrin hərəkəti iki istiqamətli və bir zolağlı idi. Həmin vaxtı mopeddə ondan başqa heç bir sərnişin və ya ağır yük olmamışdır. Təxminən məscidi və "AL" marketi keçəndən sonra yolun sol tərəfində dayanmış vəziyyətdə olan "Mersedes" markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəfildən dayanmış vəziyyətdən sükanı sol tərəfə burub və hərəkətə gələrək qarşısına çıxdığından onu vurmamaq üçün sükanı sol tərəfə burub ehtiyatlı torpaq hissəsinə çıxaraq yolun kənarında olan yol nişanına dəyərək yerə yıxıldı. Zərbənin təsirindən sinə, sol əl və digər nahiyələrindən xəsarət almışdır. Qəzanın baş verdiyini görən həmin avtomobilin sürücüsü ona yaxınlaşaraq xəstəxanaya aparmağı təklif etdi, lakin onun təklifini qəbul etmədi. Sürücü ona mopedi düzəltməyi təklif etdikdə isə yenə də onun təklifini qəbul etmədi və onun mobil telefonunu istədi, o da ona nömrəsini verdi. Həmin vaxt digər sürücü çıxıb getdikdən bir qədər sonra ona zəng etdi və mopedin zərər görmüş hissələri barədə ona məlumat verdi və o isə cavabında qəzanın onun günahı olmadan baş verdiyini deyərək, mopedi təmir etməkdən imtina etdi. O bundan sonra DİN 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdi. Hadisə anında hava yağmursuz idi. Yol örtüyü isə asfalt-beton olmaqla quru idi. "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin 1-ci hissəsinin, yəni Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasınm tələblərinə riayət etmədiyim üçün Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməli və o AR İXM-nin 338.4.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. Abşeron DYP Polis X2 xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilinməyini qəbul etmir. Həmin qərarın qəbul edilməsindən onun xəbəri belə olmamışdır. O DİN 102 qaynar xəttinə etdiyi müraciət əsasənda qəbul edilmiş qərarı da şikayətinə əlavə etmişdir. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şkayətçi X9 şikayəti müdafiə edərək, şikayətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş şəxs Abşeron DYP-nin polis kapitanı X8 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Abşeron DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərardan görünür ki, X1 və moped idarə edən şəxslər tərəfindən yol nişanların və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulması nəticəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi bildirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati təhbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış HK/1-7590 sayla qeydə alınmış tədqiqat materialı nəzərdən keçirilərək toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi barədə qərar verilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, yol nişanın yanında moped var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X7 İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.3-cü maddəsinə əsasən yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına görə qırx manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X7 İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP-nin xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362-365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron DYP polis X2 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14
Məhkəmə qərarları › İş №3(012)-1897/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1897/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver