Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1899/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi ilə, X5 Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli TP 667223 saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X5 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 667223 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv olunmasını xahiş etmiş, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixli, TP 667223 saylı qərardan qanunla nəzərdə tutulan 20 günlük şikayət vermə müddətini üzrlü səbəbdən buraxmışdır. Belə ki, o, Yol patrul xidmətinin inspektorunun qanunazidd hərəkətlərindən şikayətlər etmiş və mübahisələndirilən qərarın təqdim edilməsini xahiş etmiş, lakin ötən müddət ərzində müraciətləri nəinki təmin edilmiş, heç cavab belə verilməmişdir. Bundan başqa o, Daxili İşlər Nazirliyinin 102 xidmətinin zəng mərkəzi ilə bir neçə dəfə əlaqə saxladıqdan sonra nəhayət ki, sözügedən qərarın surəti 10 sentyabr 2024-cü il tarixdə ona təqdim edilmişdir. Qərarı əldə etmədiyindən məhkəməyə şikayət ərizəsinin göndərilməsi düzgün olmaması səbəbindən vaxtında müraciət edə bilməmişdir. Yuxarıda göstərilən səbəblərə görə tərəfindən müddət ötürülmüşdür və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmədə X2 ərizə ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, barəsində qərarla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinin zəng mərkəzi ilə əlaqə saxladıqda düşünmüşdür ki, ora müraciət edirsə deməli qərar ləğv oluna bilər. Lakin sonradan bilmişdir ki, həmin müraciət qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa həmin qərar ona 10 sentyabr 2024-cü il tarixdə təqdim edildiyindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. X2 məhkəmə iclasında mübahisələndirilən qərarla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinin zəng mərkəzi ilə əlaqə saxladıqda qərarın barəsində qəbul edilmiş qərarın ləğv oluna biləcəyini zənn etməsini bildirsə də bununla bağlı tutuarlı dəlil təqdim edə bilməmişdir. Bundan başqa Yalçın Qasımov məhkəmə iclasında dəfələrlə şifahi olaraq yuxarı səlahiyyətli orqandan barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 667223 saylı inzibati tənbeh vermə haqqında qərarı tələb etdiyini, həmin qərarın ona 10 sentyabr 2024cü il tarixdə təqdim edildiyini əsas gətirərək, vaxtında şikayət verə bilmədiyini bildirsə də məhkəmə hesab edir ki, onun irəli sürmüş olduğu arqumentlər hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2 və 130.3-cü maddələrinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, X5 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 667223 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində X5 Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP 667223 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1899/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1899/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver