Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-19/2024 07.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Toyota RAV-4” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşınla «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. Şəxs 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin cəriməni ödəməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqan Abşeron Rayon Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxs Şəxs və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqan Abşeron Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə idarə etdiyi «Toyota RAV-4” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək 50 manat cərimə edilmişdir. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2023-cü il tarixli qərarı almasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. İşə əlavə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə təyin edilmiş cərimə məbləğini ödəmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Şəxs xx.xx.2023-cü il tarixli qərara əsasən cərimə məbləğini ödəmişdir. Məhkəmədə işə baxılarkən inzibati xətanı törətmiş Şəxs xx.xx.2023-cü il tarixdə təyin edilmiş inzibati cəriməni ödədiyinə görə məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-19/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-19/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver