Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1900/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 mənzil 21 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində olan yerdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra “Nissan X-Trail” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs ailə üzvlərinin xəsarət almasından əsəbləşib, hadisədə günahkar olan “Ford Transit” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs üzünün sol nahiyyəsindən sillə ilə qəsdən vuraraq, sonuncuya sol gözün alt qapağının qançırı ilə nəticələnən bədən xəsarəti yetirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş “döymə və fiziki ağrı yetirmə” növündə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf edərək izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi “Nissan X-Trail” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə Masazır dairəsi istiqamətində dayanıqlı vəziyyətdə olan zaman arxa tərəfdən hərəkətdə olan “Ford Transit” markalı avtomaşının qabaq hissəsi idarə etdiyi avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Həmin vaxt avtomaşını sürüşərək qabaq hissəsi qarşı tərəfdə olan “Kia Optima” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomaşınında qabaq oturacaqda əyləşən arvadı X2 baş nahiyyəsindən, arxa sol tərəfdə əyləşən 2014-cü il təvəllüdlü qızı Fidan İbişova bel və burun nahiyyəsindən xəsarət almışdır. Bundan sonra avtomaşından düşmüş, “Ford Transit” markalı avtomaşının adını sonradan bildiyi sürücüsü Zərərçəkmiş şəxs öz iradlarını bildirib, üz nahiyyəsindən vurmuşdur. Sonda o, törətdiyi əməldən peşman olduğunu, bir daha belə halların baş verməsinə yol verməyəcəyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində olan yerdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra “Nissan X-Trail” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs maşından düşüb onun üzünün sol nahiyyəsindən sillə ilə qəsdən vurmuşdur. Hazırda onlar barışmışlar. Şəxs heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Masazır qəsəbəsi, Ə.Vahid küçəsindən Masazır dairəsi istiqamətində olan yerdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra “Nissan X-Trail” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs ailə üzvlərinin xəsarət almasından əsəbləşib, hadisədə günahkar “Ford Transit” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs üzünün sol nahiyyəsindən sillə ilə qəsdən vuraraq, sonuncuya sol gözün alt qapağının qançırı ilə nəticələnən bədən xəsarəti yetirmiş, bununla da o,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin, eləcə də inzibati xəta haqqında müvafiq protokolu tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 ifadəsi, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Eyni zamanda, həmin Məcəllənin 53-cü maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən haldır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu məlum inzibati xəta Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yaratsa da, zərərçəkmiş şəxslə barışığın əldə olunması iş üzrə başlanmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Yuxarıdagöstərilənlərəəsasən və AzərbaycanRespublikasınınİnzibatiXətalarMəcəlləsinin40, 43, 48-51, 114-115 və128- 130-cumaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata zərərçəkmiş şəxslə barışıq əsası ilə xitam verilsin. Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1900/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1900/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver