Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1901/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X5 katibliyi ilə, X2 nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə şikayətinə 15.12.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X6 məhkəməyə müraciət edərək Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə şikayətini belə əsaslandırdı ki, Abşeron RPİ-in rəis müavini, polis polkovniki Elçin Rəcəbovun tərtib etdiyi 11.08.2021 -ci il tarixli «inzibati tənbeh vermə haqqında» qərara əsasən AR İXM-in 211.1 -ci maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə edilmiş, qərara əsasən guya o, 11.08.2021 -ci il tarixdə, saat 21 radələrində Xırdalan şəhərində yerləşən «Cümə məscidi»ndə 50 nəfərdən artıq insanların toplaşmasını təmin etmişdir. O, Xırdalan şəhərində yerləşən «Cümə məscidi»nin axundudur, axund olaraq hər gün məscidə gəlib-gedir və namazlarını məsciddə qılır, eyni zamanda gününün çox hissəsini məsciddə keçirdir, ancaq buna baxmayaraq məscidə cavabdeh şəxs o, deyil və məscidin giriş qapılarının açarları da onda olmur. Qapılar daima açıq olur və inanclı insanlar mütəmadi olaraq məscidə gəlib ibadət edirlər. 11.08.2021-ci il tarixdə o, məsciddə olarkən polis əməkdaşları ora gəlib namaz qılan insanlara niyə yığışmalarını soruşan zaman o, öz otağında olmuş və səs-küy eşidib polislərə yaxınlaşmış, nə baş verməsini soruşduqda ona guya burada insanların hansısa tədbir keçirdiklərini bildirmişlər, polis əməkdaşlarının qarşısına o çıxdığı üçün onun barəsində protokol tərtib edilmiş, bir neçə gün bundan əvvəl güclə də olsa qərarı ala bilmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Heç bir inzibati qayda pozmadığı üçün özünü təqsirli bilmir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Lakin, onun barəsində protokol tərtib olunarkən qeyd olunan maddənin tələblərinə əməl olunmamışdır. Sonda o, Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsini məhkəmədən xahiş etdi. İş üzrə Azərbaycan Respublikası DİN Abşeron RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikası DİN Abşeron DYP YPX-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş qurumun nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 11.08.2021-ci il tarixdə saat 21:30 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “CÜmə” məscidində 50 nəfərdən artıq insanın toplandığı üçün həmin məscidin axundu X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmamasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, X3 Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə şikayəti təmin edilməməlidir.. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Abşeron RPİ-nin rəis müavini, polis polkovniki X4 tərəfindən qəbul edilmiş MN №1062965 saylı, 11.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1901/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1901/2021
15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver