Məhkəmə qərarları › İş №3(012)-1901/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1901/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1901/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 iyun 2024-cü il tarixli, 00700-00136/24 (EP № 0118852) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən xx.xx.2023-cü il tarixli **********3181 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 1728 (bir min yeddi yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac edilmiş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi təmin edilməlidir. Şəxs tərəfindən isə ixrac edilən milli valyutaya nisbətdə 2937.60 (iki min doqquz yüz otuz yeddi) manat təşkil edən 1728 (bir min yeddi yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində xarici valytada pul vəsaitin onların müvəkkil bankdakı hesabına köçürülməməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmişlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, "xxxx" MMC tərəfindən öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyini və “Fortis Group" MMC-yə qarşı qarşılıqlı iddia qaldırması məhkəmə prosesinin uzadılması və onlarla qarşılıqlı razılıq əldə etmək məqsədi daşımasını, lakin onlar tərəfindən təqdim edilmiş üzləşdirmə aktında tərəf öz borcunu etiraf etmişdir. X1 İdarəetmə Sistemindədə həyata keçirilmiş alqı-satqı nəticəsində alınmış tikinti materiallarının ödənişləri Sando MMC tərəfindən Şəxs MMC- nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməməsi müəyyən edilmişdir. Bu bir daha onu göstərir ki, Sando MMC-nin niyyəti məhkəməni aldatmaqdır. Hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Həmçinin onu qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.1-ci maddəsi ilə tərtib edilmiş materiallar baxılması üçün Abşeron Rayon Prokurorluğuna göndərilmiş, prokurorluq tərəfindən həmin materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərər qəbul edilmişdir. Azərbaycan Respublikasının inşaat materiallarının istehsalı sektorunda “FORTİS GROUP’’ MMC fəaliyyətini təkcə ölkə ərazisində deyil, həmçinin yaxın region ölkələrində də uğurla həyata keçirir. O cümlədən Qarabağ iqtisadi zonasında yenidən qurma işləri aparan tikinti şirkətləri ilə yaxından əməkdaşlıq edir. Xüsusilə ölkə başçısınln sahibkarlığın inkişafına göstərdiyi diqqəti nəticəsində son illər ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, onun ümumi daxili məhsulda xüsus' çəkisi üstünlük təşkil etmiş, rəqabət qabiliyyətli və ixrac potensialı yüksək olan məhsu istehsalı artmışdır. Şəxs MMC də bu sahədə uzun illərdir kı, iqtisadiyyatın inkişafına öz töhfəsini verir, işçi sayına (törəmə şirkətlər daxil olmaqla 500 nəfər vergi və digər sosial ödənişlərə, təhsilə (şirkət işçilərinin, aztəminatlı vətəndaşların qazi övladları üçün yaradılmış ödənişsiz təhsil müəssisəsi mövcuddur ki, müəssisədə 200 şagird tam ödənişsiz təhsil alır) dəstək olur. Şirkətin cərimə olunması, iqtisadı cəhətdən müflis olmasına, gətirib çıxaraçaqdır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X2 tərəfindən tərtib edilmiş 28 iyun 2024-cü il tarixli, 00700-00136/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ilə Gürcüstan Respublikasında yerləşən OOO "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 611 nömrəli müqaviləyə əsasən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 2937.60 (iki min doqquz yüz otuz yeddi) manat təşkil edən 1728 (bir min yeddi yüz iyirmi səkkiz) ABŞ dolları xarici valyuta vəsaiti xaricdən qaytarılmadığından MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 24 noyabr 2023-cü il tarixli **********3181 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs 2937.60 (iki min doqquz yüz otuz yeddi) manat təşkil edən 1728 (bir min yeddi yüz iyirmi səkkiz) ABŞ dolları dəyərində malların Gürcüstan Respublikasında yerləşən OOO "xxxx" Şirkətinə ixrac edilməsini bəyan etmişdir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə tamamamilə sübuta yetirilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə Şəxs Gürcüstan Respublikasında yerləşən OOO "xxxx" Şirkəti ilə xx.xx.2022-ci il tarixli, 611 nömrəli müqavilə bağlayıb, 1728 ABŞ dolları məbləğində malları sataraq, 24 noyabr 2023-cü il tarixdə Sumqayıt Gömrük İdarəsində müvafiq olaraq **********3181 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə, Gürcüstan Respublikasında yerləşən OOO "xxxx" Şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, xx.xx.2023-cü il tarixli, **********3181 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 2937.60 (iki min doqquz yüz otuz yeddi) manat təşkil edən 1728 (bir min yeddi yüz iyirmi səkkiz) ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da, Şəxs gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 28 iyun 2024-cü il tarixli, 00700-00136/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1728 ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 518 (beş yüz on səkkiz) ABŞ dolları (ABŞ dollarının inzibati xəta hadisəsinin törədilməsi gününə, 28 iyun 2024-cü il tarixə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar