Məhkəmə qərarları › İş №3(012)-1905/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1905/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1905/2020 22.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X5, inzibati xəta törətmiş şəxs X3 iştirakı ilə, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55-də qeydiyyatda olan X3 barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-396/2018 saylı icra vərəqəsinə əsasən Abşeron rayonu, Digah qəsəbəsi, M.F.Axundov küçəsi, 55 yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun alınmasına cavabdehlər X4, X2, X9 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X4, X2, X9 çıxarılsın, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər X13 və X10 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək, torpaq sahəsinin boşaldılsın, fərdi yaşayış evi və torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılmalıdır. X7 həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə X3 həmin inzibati xətanı törətməkdə təqsirli olması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-396/2018 saylı icra vərəqəsi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icra vərəqələri dərhal icraya yönəldilmişdir. X3 hərəkətləri nəticəsində qətnaməni icra etmək mümkün olmamışdır. X1 qətnamədə qeyd olunan icra işini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirərək, qətnamənin icrasından yayınmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, X1 icra vərəqəsi icraya yönəldiyi vaxtdan bu günədək qətnamədəki evi boşaltmamış, həmin evi iddiaçının sahibliyinə verilməsini təmin etməmişdir. Tələbkar müxtəlif orqanlara şikayət edərək, sözügedən qətnamənin icra edilməsini təkidlə tələb etsə də borclu icra etməkdən imtina edir. Buna görə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X7 verdiyi izahatında göstərmişdir ki, sözügedən evin qeydiyyat vəsiqəsi onun adınadır. Həmin qətnamədən narazıdır. Həmin əmlak 1994-cü il tarixdən sərəncamla verilən əmlakdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 verdiyi izahatında göstərmişdir ki, X3 hərəkətləri nəticəsində qət edilmiş qətnamə icra edilmir. Dəfələrlə icra məmuru tərəfindən icra vərəqəsinin icrası üçün dəvət edilsə də, borclu müxtəlif bəhanələr gətirərək, evi qıfılla balayaqraq, icra vərəqəsinin icrasına maneçilik törətmişdir. Şikayətçidir. Məhkəmədə X7 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları və işdə olan digər sübutlarla da təsdiq olunmuşdur. X3 törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan RespublikasıİXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, inzibati tənbeh tətbiq etdiyi zaman Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən icra məmurunun X3 hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə təklif edilməsinə baxmayaraq X7 yenə də evin qeydiyyat vərəqəsinin onun adına olduğunu, məhkəmə tərəfindən həmin qeydiyyat vərəqəsinin ləğv edilmədiyinə görə həmin əmlak ona məxsus olduğunu bildirmişdir. X3 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmədə təklif edilməsinə baxmayaraq X7 yenə də borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə X3 barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən X3 törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini səciyyələndirən halı, məsuliyyətini ağırlaşdıran halı, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi həbs tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X7 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar