Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1906/2021 01.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin hüquqşünası X1 iştirakları ilə xx.xx.1988-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarant y/m, bina 7, mənzil 38-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 01.12.2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Ağdam rayon Məhkəməsinin 2(013)-554/2020 saylı 18.05.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 960 (doqquz yüz altmış) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə, Ağdam rayon məhkəməsinin 2(013)-582/2020 saylı 10.07.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 2650.31 (iki min altı yüz əlli manat 31 qəpik) manat pul vəsaiti tutularaq “X7 Azərbaycan” QSC-yə, Ağdam rayon məhkəməsinin 2(013)- 1065/2020 saylı 17.08.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 218.13 (iki yüz on səkkiz manat 13 qəpik) manat pul vəsaiti tutularaq “X7 Azərbaycan” QSC-yə və Ağdam rayon məhkəməsinin 2(013)-1606/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 1512 (bir min beş yüz on iki) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-554/2020 saylı, 18.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 846 manat əsas, 84 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 960 (doqquz yuz altmış) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədləri üzrə aparılmış icra tədbirlərinə baxmayaraq borclu şəxs könüllü olaraq yuxarıda qeyd olunan icra sənədləri üzrə tələbi təmin etməmiş və nəticədə 5340,44 manat ödənilməmiş borcu yaranmışdır. Borclu şəxsin iş yeri, gəliri və adma əmlak aşkar edilməmişdir. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, öz adına rəsmiləşdirilən kreditləri götürərək həyat yoldaşına vermişdir. Borcun ödənilməməsinə səbəb həyat yoldaşına inandığını, yəni borcun onun tərəfindən ödənilməsinə ümid etdiyini, məhkəmə baxışından əvvəl borcdan 300 manat "xxxx" MMC-yə ödədiyini bildirdi. Sonda tutduğu əməldən səmimi peşman olduğunu əsas gətirərək barəsində yüngül inziati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin hüquqşünası X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışından əvvəl "xxxx" MMC-yə yaranmış borcdan 300 manat ödədiyini bildirdi. tam şəkildə ödənilməsindən qərəzli şəkildə yayındığını əsas gətirərək Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin himayəsində azyaşlı uşağının olmasını əsas gətirərək onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməməsini xahiş etdi. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 2-429/2018 saylı, 22 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Ağdam rayon Məhkəməsinin 2(013)- 554/2020 saylı 18.05.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 960 (doqquz yüz altmış) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə, Ağdam rayon məhkəməsinin 2(013)-582/2020 saylı 10.07.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 2650.31 (iki min altı yüz əlli manat 31 qəpik) manat pul vəsaiti tutularaq “X7 Azərbaycan” QSC-yə, Ağdam rayon məhkəməsinin 2(013)-1065/2020 saylı 17.08.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 218.13 (iki yüz on səkkiz manat 13 qəpik) manat pul vəsaiti tutularaq “X7 Azərbaycan” QSC-yə və Ağdam rayon məhkəməsinin 2(013)-1606/2020 saylı, 02.11.2020-ci il tarixli icra sənədinə əsasən cəmi 1512 (bir min beş yüz on iki) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04.09.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri icra məmuruna verdiyi izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli səmimi etirafı və himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən haldır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1906/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1906/2021
01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver