Məhkəmə qərarları › İş №3(012)-1907/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1907/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1907/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X3 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən aidiyyəti üzrə daxil olmuş şikayətə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 15 fevral 2024-cü il tarixli EQ19482158 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şifahi vəsatət verərək qərardan şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası müvafiq olaraq 30 sentyabr 2024-cü il tarixə, saat 16:00-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN BDYPİ məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin şifahi vəsatətini nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar qəbul edir. Belə olan halda, X3, barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİnin 15 fevral 2024-cü il tarixli EQ19482158 saylı qərarının ləğv edilməsinə dair şikayət onun şifahi vəsatəti əsasında geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin 15 fevral 2024-cü il tarixli EQ19482158 saylı qərarının ləğv edilməsinə dair şikayət onun ərizəsi əsasında geri qaytarılsın. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar