Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1908/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 Abşeron DYPŞ-nin TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxaraq MÜƏYYƏN ETDİM: X2 tərəfindən Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 tərəfindən Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət şikayətvermə müddəti ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1.maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarına X2 tərəfindən Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə əldə edilməsini təsdiq edən rəsmi sənəd əlavə edilməmiş, həmçinin şikayətdə hansı tarixdə əldə edilməsi qeyd edilməmişdir, şikayət isə xx.xx.2023-cü il tarixdə yəni, qeyd edilən qərardan şikayət vermə müddəti keçəndən sonra məhkəməyə daxil olmuşdur. Göründüyü kimi Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayəti qanunla nəzərdə tutulan 20 günlük müddət ərzində deyil, müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin, işin baxılmasının onun səlahiyyətinə aid olubolmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, şikayətçi X2 tərəfindən Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət müddət ötürülməklə verildiyindən geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ barəsində qərar qəbul olunmuş şəxsə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Abşeron DYPŞ YPX-nin inspektoru Elnur Məmmədov tərəfindən tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldükdə isə, həmin müddətin bərpasına dair vəsatət vermək hüququ şikayətçiyə izah edilsin. Qərardaddan 10 gün müddətində SAumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şiayəti vermək olar.. Məhkəmənin hakimi:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1908/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1908/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver