Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1909/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxslər "xxxx" ASC-nin direktoru X4 və X1 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati xəta haqqında elektron qərarından verdiyi şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" ASC-nin direktoru X4 və X3 Azərbaycan Respublikası DİN BDYPİ polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati xəta haqqında elektron qərarından şikayət verərək, müəssisəyə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərindən həbsin götürülməsi və xx.xx.2024 tarixli EQ/20690645 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə X4 "xxxx" ASC-nə direktor təyin edilmişdir. Cəmiyyətə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobil xx.xx.2024-cü il tarixdən isə onun tərəfindən idarə edilir (yol vərəqi № 0000198). Lakin cəmiyyətin sabiq işçisi X3 ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobili idarə etmədiyi halda onun barəsində həmin avtomobili idarə etdiyinə görə İXMnin 328.1-ci və İXM-nin 332.3-cü maddəsinin tələbini pozduğu üçün elektron qərarlarla uyğun olaraq 10 manat və 300 manat cərimə edilmişdir. Lakin sabiq işçi Samid Əliyevin əmək müqaviləsinə xx.xx.2023-cü tarixdə xitam verilmiş idi. İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulan xəta sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməkdir. Bu maddəyə əsasən S.Əlivev 300 manat məbləğində cərimə olunmuşdur. Həmin vaxt S.Əliyevin əmək müqaviləsinə xitam verildiyi üçün cəmiyyətin avtomobilini idarə edə bilməzdi. Bundan başqa həmən vaxtlar məhkəmə tərəfindən S.Əliyev barəsində azadlığın məhdudlaşdırılması hökmü çıxarılmışdır. Tərtib olunmuş elektron qərarlar müəssisəyə və S.Əliyevə təqdim olunmamışdır. Həmin səbəbdən də bu yanlış EQ və cərimə mübahisələndirilməmişdir DYPİ tərəfindən onlara məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərinə həbs qoyulmuş və xx.xx.2024-cü il tarixdən avtomobilin YPX-nin əməkdaşları tərəfindən götürülərək cərimə meydançasına yerləşdirilmişdir. Tətbiq olunmuş cərimə məbləğinə görə isə dəbbə pulu hesablanmış və hesablanmaqda davam edir. "xxxx" ASC-nin yuxanda göstərdiyi uyğunsuzluqların aradan qaldırılması üçün Baş Dövlət YPİ-nə müraciət ünvanlanmış, lakin heç bir nəticəyə nail ola bilməmişlər. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayətə uyğun izahat verib, təmin olunmasını xahiş etdi. Bildirdi ki, həmin nəqliyyat vasitəsini etibarnamə verilməsinə baxmayaraq, heç vaxt idarə etməmişdir, cərimə barədə məlumatda ona verilməmişdir. Ona inzibati xəta ilə bağlı heç bir məlumat da göndərilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası DİN BDYPİ-nin ünvanına və digər şikayət verən şəxsə bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: X1 barəsində polis polkovnik leytenantı X2 xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati xəta haqqında elektron qərarından görünür ki, xx.xx.2024-cü il saat 12-34 tarixdə idarə etdiyi “X8” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddələri ilə 300 manat məbləğində cərimə ödənilmişdir. xx.xx.2023-cü il tarixli 03 nömrəli Əmək Müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ" bölməsində "Fəhlə" vəzifəsində işləyən X3 ilə bağlanılmış 1CWQ784000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."a" tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-811/2023 saylı hökmünə əsasən X1 barəsində X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, X3 xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə idarə etdiyi avtomobillə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonunun inzibati ərazisindən keçən 16 və 25-ci km-də müəyyən edilmiş hərəkət sürətini 10-20 krn/saat həddində aşdığına görə barəsində EQ20376723 və EQ20690645, xx.xx.2024-cü il tarixdə Bakı- Quba-Dağıstan sərhədi yolunun Bakı şəhəri, Binəqədi rayonu ərazisindən keçən 7.6-cı km-də 5.9 yol nişanının tələbinə riayət etmədiyinə görə isə EQ22175907 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ" tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə verilmiş xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, "STEEL CO” ASC rəhbərliyi tərəfindən yazıb sizə bildiririk ki, müəssisəyə məxsus olan ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobili xx.xx.2024-cü ildən X4 idarə edir. İş materiallarından və qərardan şikayət vermiş şəxsin izahatından göründüyü kimi "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ" bölməsində "Fəhlə" vəzifəsində işləyən X3 ilə bağlanılmış 1CWQ784000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2."a" tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Şikayət verilmiş xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati xəta haqqında elektron qərar isə xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ" tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nə verilmiş xx.xx.2024-cü il tarixli müraciətdən görünür ki, "STEEL CO” ASC rəhbərliyi tərəfindən yazıb sizə bildiririk ki, müəssisəyə məxsus olan ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobili xx.xx.2024-cü ildən X4 idarə edir. Göründüyü kimi inzibati xəta törədilən zaman “X8” minik markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili X3 tərəfindən idarə olunmamışdır. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, İXM-nin 332.3-cü maddəsi üzrə təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu hal göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 21001876 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-1909/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1909/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver