Məhkəmə qərarları › İş №3(012)-191/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-191/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-191/2025 26.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin aparıcı məsləhətçisi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC "xxxx" MMC-nin direktoru Nümayəndə1 və nümayəndəsi Nümayəndə3 oglunun iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala baxılmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən operator vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi protokolda qeyd edilənlərə uyğun izahat verərək bildirmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə X6 Xidmətinə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də operator vəzifəsində işləsə də, sonuncuya əmək haqqı ödənilməmişdir. Daxil olmuş şikayət əsasında araşdırılma aparılmış və müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən operator vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan fakt iş materiallarına əlavə edilmiş fotoşəkillər və digər sübutlarla tam sübuta yetirilir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru Nümayəndə1 bildirmişdir ki, X7 Şəxs MMC-də hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Belə ki, X3 bacısının xahişi ilə onu işə düzəltmək məqsədi ilə sonuncunu yoxlamaq üçün şirkətə dəvət etmişdir. O, X4 şirkətin əməkdaşı Ruslan ilə tanış edərək, işləri oyrətməsini xahiş etmişdir. Ruslan tərəfindən X7 həmin gün yəni 08 avqusr 2024-cü il tarixdə saat 12-yə qədər işlər öyrədilsə də, lakin sonuncu işi yaxşı öyrənə bilməmişdir. Bu səbəbdən də qərara gəlmişlər ki, avtomobillərin daşıma xərcləri barədə olan proqramı X5 versinlər, sonuncu evdə həmin proqram barədə öyrəndikdən sonra, bacarsa imtahan edilsin, işə götürülsün. Qeyd etdiyi formada razlaşırlar və X7 bu barədə öyrəndikcə hər dəfə şirkətin əməkdaşı ilə zəngli danışaraq onlayn formada imtahan edirlər. Bütün bunlar şirkətdən kənarda təxminən 3 ay ərzində baş vermişdir. Lakin, X1 yaxşı cavab vermədiyi üçün sonuncu işə qəbul edilməmişdir. Bundan acığa düşən X7 onlara bildirmişdir ki, 3 aydır ki, həmin şirkətdə işə qəbul olmaq üçün hazırlaşır və vaxtı alınmışdır. Buna görə də X7 qərəzli formada şirkətdən şikayət etmişdir. X7 əyani formada şirkətdə olmamış, hər hansı təcrübəyə və ya işə cəlb edilməmişdir. Nə onun tərəfindən, nə də şirkət əməkdaşları tərəfindən X5 hər hansı qaydada pul ödənilməmişdir. Buna görə də, Şəxs MMC barəsində tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 oglu da Şəxs MMCnin direktoru Nümayəndə1 izahatına uygun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, Şəxs MMC-ni ona bacısı məsləhət bilmiş və həmin şirkətin direktorunun mobil nömrəsini verərək iş üçün əlaqə saxlamasını bildirmişdir. O, Şəxs MMC-nin direktoru Nümayəndə1 ilə mobil telefon ilə danışmış, sonuncu onu şirkətə dəvət etmişdir. O, 08 avqust 2024-cü il tarixdə, səhər saat 09:00-da Şəxs MMC-nin baş ofisində olmuş, elə həmin saatdan da təcrübəyə cəlb edilmiş, bir ay ərzində ona işlər öyrədilmişdir. Təcrübə vaxtı hər gün səhər 09:00-dan axşam 19:00-dək əyani formada Şəxs MMC-də işləmişdir. Növbəti ayda isə ona bildirilmişdir ki, artıq rəsmi qaydada işə qəbul edilmişdir. Bundan sonra o, gecə növbəsində, yəni axşam 20:00-dan səhər 09:00-dək işləmişdir. O, Şəxs MMC-də operator vəzifəsini yerinə yetirmiş, onun sərancamına xüsusi ofis avadanlıqları verilmişdir. Gecə növbəsində o, ofisdə tək olsa da, gün aşırı şirkətin direktoru Qalib bəy və digər əməkdaş Gündüz bəy ofisə onun yanına gəlmişlər. Onun əsas işi qaynar xəttə daxil olan zənglərə cavab vermək və xüsusi proqram vasitəsi ilə şirkətə məxsus avtomobillərin hərəkət sxemini izləmək olmuşdur. Şəxs MMC-nin direktoru Nümayəndə1 ona bildirmişdir ki, rəsmi qaydada işə qəbul olunmuş və ayda 500 manat əmək haqqı alacaqdır. Lakin, Şəxs MMCdə üç ay işləsə də, ona müxtəlif vaxtlarda nağd qaydada cəmi 500 manat pul verilmiş, onunla əmək müqaviləsi isə bağlanmamışdır. O, dəfələrlə Gündüz Əhmədov və Nümayəndə1la əlaqə saxlayaraq əmək haqqısını tələb etsə də, onun sözlərinə məhəl qoyulmamışlar. Bir daha qeyd edir ki, o, “X2» MMC tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək müqaviləsi olmadan və əmək haqqı almadan operator vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də, məcbur olub şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş foto şəkillərdə və digər sənədlərdə ofis ləvazimatlarının (telefon, notebook, stol və stul) olduğu, Şəxs MMC-nin daxili sistemi, şirkət əməkdaşlarının və avtomobillər gündəlik iş rejimi və hərəkət sxemininin olması görünür. Məhkəmə xüsusilə qeyd edir ki, həmin fotoşəkillərdə görünən xüsusatların Şəxs MMC-də işləməyən şəxs tərəfindən təqdim edilməsi qeyri-mümkün olmaqla, MMC-nin direktoru tərəfindən bunun əksi iddia olunmamış və buna dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən X7 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən operator vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt, işin məhkəmə baxışı zamanı sübutların tədqiqi zamanı da öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, bununla da inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs MMC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 46-cı maddəsinin 1-ci bəndinə görə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. - 7-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 2.Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1. maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən tərəflərin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar