Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1913/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517- 2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Abşeron rayon X1 polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə xüsusi icazə vərəqəsi olmadan komendant saatı vaxtında Mehdiabad qəsəbəsində olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 517-2.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyi üçün materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.1 və 100.1.4-cü maddələrinə əsasən, həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Məhkəməyə təqdim edilmiş MN ******* saylı İnzibati xəta haqqında protokolda İXMnin 100-cü maddəsinin yuxarıda göstərilən tələblərinə əməl edilməmişdir. Belə ki, protokolda inzibati xətanın törədildiyi vaxt göstərilməmişdir. Qeyd olunmalıdır ki, qanunvericilikdə vaxt dedikdə il, ay, gün, saat nəzərdə tutulur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati protokol və digər sənədlər düzgün tərtib olunmadıqda və təqdim edilmiş materialda baxılarkən aradan qaldırılması mümkün olmadığından materiallar geri qaytarılır. Buna görə də inzibati xəta haqqında material qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 100, 101, 109, 111-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiallar qaytarılsın. Məhkəmənin hakimi : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1913/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1913/2020
23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver