Məhkəmə qərarları › İş №3(012)-1914/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1914/2022

29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1914/2022 29.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, şikayətçi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X2, vəkili Vəkil, qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Şikayətçi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayətini onunla əsaslandırılmışdır ki, X13 Xidməti Abşeron- Xızı regional şöbəsinin 11 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, vətəndaş X11ma mövcud əmək şəraitinin tətbiqi qanunvericiliyə uyğun tətbiq edilməmiş, məcburi boşdayanma ödənilməmiş, bununla da Əmək Məcəlləsinin 54-cü 169-cu maddəsinin tələbləri pozulmuşdur.X13 Xidməti Abşeron-Xızı regional şöbəsinin rəisinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli 21 oktyabr 2022-ci il tarixli qərarı ilə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törəilməsində təqsirli bilib 700 manat məbləğində inzibati cərimə təyin etmişdir. Aşağıda göstərilənlərə əsasən inzibati xəta hadisəsi olmadığına görə ona inzibati cərimə təyin edilməsi barədə qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və inzibati iş üzrə icraata xitam verilməlidir. Abşeron rayonu üzrə Maliyyə İdarəsinin xx.xx.2015-ci il tarixli Abşeron Rayon Təhsil Şöbəsinin müdirinə və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan Qəsəbə İƏD üzrə nümayəndəsinə ünvanlanmış məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 30 dekabr tarixli 398 S №-li sərəncamına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 mart 2015-ci il tarixli məktubuna və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2015-ci il tarixli 127 №-li sərəncamına müvafiq olaraq Ceyranbatan qəsəbəsindəki yeni tikilmiş 6 qrupluq 120 yerlik körpələr ev- uşaq bağçasının fəaliyyəti başlanması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 №-li “Büdcədən maliyyələşən uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” qərarına uyğun Ceyranbatan 2 nömrəli körpələr evi-uşaq bağçasının 5 günlük, 12 saatlıq iş rejimi ilə işləməsini nəzərə alaraq digər vəzifələrlə yanaşı 12 ştat vahidi tərbiyəçinin maliyyələşdirilməsinin mümkün hesab etdiyi göstərilmişdir. Abşeron RTŞ müdirinin 13 nömrəli xx.xx.2015-ci il tarixli əmri ilə iddiaçı Alis Hüseynova xx.xx.2015-ci il tarixdən Ceyranbatan 2 saylı körpələr evi-uşaq bağçasına əvəzedici tərbiyəçi təyin edilmişdir. İşlədiyi müddətdə əmək, analıq məzuniyyətində və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ştatda olan tərbiyəçilərin əmək vəzifələrini yerinə yetirməsi müqabilində əmək haqqı almışdır. Tərbiyəçiləri əvəz etməsi bağça müdiriyyətinin xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli əmrləri təsdiq edir və həmin əmrlərin təsdiq olunmuş surəti ərizəyə əlavə edir. İddiaçıdan fərqli olaraq ştata təyin olunmuş 12 işçinin hər birinin əmək müqaviləsi və Abşeron rayon Təhsil Şöbəsinin əmrlərində ’’tərbiyəçi” vəzifələrinə təyin edilmələri göstərilmişdir. 2019-2021-ci illərdə Ceyranbatan qəsəbə İƏD üzrə nümayəndəsi Bayram İbrahimovun təsdiq etdiyi uşaq bağçasının tarifləşmə siyahılarında ştatda olan 17 işçnin vəzifəsi, təhsili, pedoqoji stayı, stavkası, dərəcəsi və aldığı əmək haqqı və həmçinin ştatda olmayan X3 və X6 əvəzedici tərbiyəçi olması göstərilmişdir. Hər dəfə uşaq bağçası işçilərinin tarifləşmə siyahısı qəsəbə icra nümayəndəsi tərəfindən təsdiq edildikdən sonra məlumat üçün Abşeron rayonu üzrə Maliyyə İdarəsinə və Abşeron rayon Təhsil İdarəsinə göndərilmişdir. 2015-2018-ci illərin tərifləşmə siyahılarında da iddiaçı əvəzedici tərbiyəçi olması göstərilmişdir. Koronavirus infeksiyasının (COVİD) tüğyan etdiyi, pandemiya vaxtı Abşeron rayonu üzrə Maliyyə İdarəsi tərəfindən bağçanın yalnız ştatda olan işçilərinə, o cümlədən 12 tərbiyəçisinə əmək haqqı hesablanmış və ödənilmişdi. Həmin dövrdə əmək haqqı almayan iddiaçı müxtəlif yuxarı instansiyalara bu barədə şikayətlər etmişdi. Onun bu şikayəti rayon Abşeron rayon Maliyyə İdarəsndə, Abşeron rayon Təhsil şöbəsində və Ceyranbatan qəsəbə ərazi nümayəndəliyində araşdırılmış, uşaq bağçasının ştatında olan tərbiyəçi olmadığına görə ona əmək haqqı hesablanmadığı bildirilmişdir. Yalnız bağça müdirinin əmrlərində göstərilən müddətlərdə tərbiyəçi vəzifələrini yerinə yetirdiyinə görə əmək haqqı hesablanıb verilməsi ona izah edilmişdir. Bağçanın ştatd cədvəlində əvəzedici tərbiyəçi ştatı (vəzifəsi) olmadığına görə düzgün olaraq əmək haqqı hesablanmadığını iddiaçı ilə söhbətlərində də ona demişdir. Bağçada işləyən tərbiyəçiləri müəyyən müddət əvəz edib onların vəzifələrini yerinə yetirdiyinə görə əmək haqqı almasını iddiaçı yaxşı bilir. X15 rayon İcra Hakimiyyətinin Ceyranbatan İƏD üzrə nümayəndəsi Müşviq İsmayılova yazdığı xx.xx.2021-ci il tarixli izahatında uşaq bağçasında işlədiyi müddət ərzində faktiki işlədiyi işə görə, məzuniyyətdə və əmək qabiliyyətii müvəqqəti itirən işçilərin işini əvəz etməklə əmək haqqı aldığını göstərmişdir. Göründüyü kimi Abşeron rayon Təhsil Şöbəsinin müdiri iddiaçının əmək, analıq məzuniyyətində və əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ştatda olan tərbiyəçilərin əmək vəzifələrini yerinə yetirməsi müqabilində əmək haqqı alması məqsədi ilə əmr vermişdir. Əmrdə ştatda olmayan əvəzedici tərbiyəçi göstərilməsi iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlandığını göstərir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin göstərişinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. xx.xx.2022-ci il tarixli iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti qurtardığı gündən müqaviləyə xitam verilmişdir. Alis Hüseynova 01 mart 2022-ci il tarixdən bağçanın müdiriyyəti tərəfindən işə buraxılmadığı və 8 ay müddətində ona əmək haqqı ödənilməməsi barədə Əmək müfəttişliyinə və işə bərpa və buraxılmış müddət üçün əmək haqqı tələbi barədə iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Abşeron-Xızı Reqional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva müraciətimə baxaraq, xx.xx.2022-ci il tarixli məktubla X3 qismən ödənişli sosial məzuniyyətdə olan tərbiyəçi X4 31 dekabr 2022-ci il tarixədək əvəz etməsinə etiraz etməmişdir. Göründüyü kimi iddiaçı müddətli müqavilələr əsasında bağçada işlədiyini biləbilə əsassız olaraq Əmək Müfəttişliyinə və hal-hazırda isə məhkəməyə müraciət etmişdir. Dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. İddiaçı Alis Hüseynova bağçanın ştatda olan tərbiyəçisi olmadığına və onunla yeni müddətli əmək müqaviləsi bağlanmadığına görə 2022-ci ilin mart ayından 01 noabr 2022-ci il tarixədək ona əmək haqqı hesablanmamışdır. Bağça işçilərinə əmək haqqı hesablanması və ödənilməsi Abşeron-Xızı Reqional Təhsil İdarəsinin strukturuna daxil olan maliyyə və iqtisadiyyat sektoru tərəfindən həyata keçirilir. Ona görə iddiaçının 2022-ci ilin mart ayının 1-dən uşaq bağçasının müdiriyyətinin heç bir əsas olmadan onu işə buraxmaması, 8 ay müddətində ona əmək haqqı ödəməməsi barədə tələbini əsaslandıran dəlili həqiqətə uyğun deyil. Ona əmək haqqı hesablanıb ödənilmədiyinə görə işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsində göstərilir ki, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Öncə qeyd edildiyi kimi bağçada işləyənlərə əmək haqqı hesablanması və ödənilməsi Abşeron-Xızı Reqional Təhsil İdarəsinin strukturuna daxil olan maliyyə və iqtisadiyyat sektoru tərəfindən həyata keçirilir. Ştatda olan tərbiyəçi vəzifəsini tutmadığına görə tələb etdiyi dövr üçün ona əmək haqqı hesablanmamışdır. Göründüyü kimi işəgötürənin təqsiri üzündən boşdayanma halı yoxdur,inzibati xəta törətməmişdir. İnzibati xəta hadisəsi yoxdur. Əmək Məcəlləsinin 169-cu maddəsinin tələbləri pozulmamışdır. Qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4,-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşam. Ona görə tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir.Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X12 şikayət ərizəsində qeyd olunanlarla razılaşmayaraq izahatında göstərmişdir ki, hüquqlarını təmsil etdiyi idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, işdən azad olunan X3 şikayət ərizəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Abşeron Xızı regional şöbəsinə daxil olmuşdur. Həmin ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuş, eyni zamanda İXM- nin 192.4-cü maddəsilə nəzərdə tutulmuş xəta törədilmişdir. X3 şikayət ərizəsi əsasına aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2022ci ilin 01 mart tarixindən sonra işə buraxılmamış və əmək haqqının verilməsi dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə daxil olduqdan sonra araşdırma aparılmışdır. Göstərilənlərə əsasən şikayətin təmin olunmamasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Alis Hüseynova ilə xx.xx.2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmışdır. İşçinin vəzifəsi əvəzedici təbiyəçi kimi qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əmrdən görünür ki, X10 xx.xx.2015-ci il tarixdən Ceyranbatan qəsəbə 2 saylı körpələr evi uşaq bağçasına əvəzçi tərbiyəçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli əmrlərdən görünür ki, tərbiyəçi vəzifəsi əvəzçilik qaydasında X7 həvalə edilmişdir. X10 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə ünvanlanmış ərizədən müəyyən edilir ki, X3 boşdayanma barədə ərizəsi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə rəsmi qaydada daxil olmuşdur. Məhkəmə həm də qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş X17 Müfəttişliyinə müraciət etməsi barədə ərizəsinin surətində imza və tarix hissəsinin surəti çıxarılmamışdır, ərizənin yuxarı hissəsində qələmlə xx.xx.2022-ci il tarix göstərilmişdir. Bundan başqa Alis Hüseynova tərəfindən məhkəməyə verilmiş iddia ərizəsindən də görünür ki, o, 01 mart 2022-ci il tarixdən işə buraxılmamış və onunçün həmin tarixdən məcburi işdayanma yaranmışdır. İş materiallarında olan MN ******* saylı 21 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verdiyinə görə X9 700 manat məbləğində cərimə olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri tərəfindən X3 müddətisiz əmək müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən işə buraxılmamaqla əmək haqqı ödənilməmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X2 əməlində İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan xəta yaranmışdır. Qeyd edilir ki, İXM-nin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntusuna yol verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçibkeçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixlərdə baş verməsi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. "Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. "Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. "Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir Beləliklə, hazırki iş üzrə inzibati xəta tərkibi yaradan əməl nə uzanan nə də davam edən əməl deyildir. Hazırkı mübahisə edilən inzibati xəta hər bir halda davam edən inzibati xəta deyildir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından da görünür ki, "Davam edən hüquqpozuntular” və "Uzanan hüquqpozuntular” eyni növ inzibati xətalar deyildir, biribirindən fərqləndirilmişdir, müxtəlif cür inzibati xətalardır. Göründüyü kimi, yuxarıda qeyd olunan normaların tələbinə görə uzanan inzibati xətalara münasibətdə 3 aylıq müddət xətanın aşkar edildiyi vaxtdan hesablanır. Hazırki inzibati xəta əməli isə uzanan xəta kateqoriyasına daxil deyildir. Ona görə də hazırki xəta xx.xx.2022-ci il tarixdən başa çatmış hesab edilir və həmin əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə olduğu təqdirdə DƏMX-də işə baxılıb inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxtda, artıq 03 aydan çox müddət keçmişdir. Beləliklə məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXMnin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməzdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X2 şikayəti təmin olunmalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 nömrəli körpələr evi uşaq baxçasının müdiri X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar