Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1915/2021 02.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil, tələbkar X1, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1978-cı ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, ev 15, mənzil 17 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola 142568/2019-27-22 nömrəli icra işi ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3033/2019 saylı, 24.09.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 2478.71 manat borcu iş üzrə tələbkar X1 xeyrinə ödəməmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3033/2019 saylı, 24.09.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 2478.71 manat borcu iş üzrə tələbkar X1 xeyrinə ödəməmişdir. Borclu Şəxs heç bir üzrlü səbəb göstərmədən, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də, icra məmuru, borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3033/2019 saylı, 24.09.2019-cu il tarixli icra sənədinə əsasən 2478.71 manat borcu iş üzrə tələbkar X1 xeyrinə ödəməmişdir. O bildirdi ki, borcunu tam şəkildə ödəyə bilmir, lakin tələbkar şəxslə razılığa gələrək borcundan hissə-hissə ödəcəyinə dair söz verdi. Ona görə də barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş iş üzrə tələbkar X4 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3033/2019 saylı, 24.09.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə borclu Şəxs 12920 manat borcu ona ödəməmişdir. Lakin onlar aralarında razılığa gələrək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona hər ay borcundan ödəniş edəcəyinə dair söz vermişdir. Ona görə də borclu Şəxs barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-3033/2019 saylı qərarına əsasən cavabdeh Şəxs 2448.71 manat məbləğində borc tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. İş materiallarında olan 27.09.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs tələbkar X4 ilə razılığa gəlmiş və ona olan borcunu ödəyəcəyinə dair söz vermişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1915/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1915/2021
02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver