Məhkəmə qərarları › İş №3(012)-1917/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1917/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1917/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X3 qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Xətai rayon DYPŞ-nin xx xxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Xətai Rayon Yol Polisi Şöbəsinin xx xxx 2020-cu il tarixli TP ******* saylı inzibati tənbeh haqqında iş üzrə qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şikayətçi X2 bildirdi ki, xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanına inizbati cərimənin ödənilməsi barədə Abşeron rayon icra və Probasiya şöbəsindən xəbərdarlıq məktubu daxil olmuşdur. Xəbərdarlıq məktubu ilə tanış olduqda ona məlum olmuşdur ki, guya o,xx.xx.2020-ci il tarixdə İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və bu səbəbdən də barəsində İXP ******* saylı protokol tərtib edilərək 100 manat cərimə olunması barədə TP ******* saylı Qərar qəbul edilmişdir. İddia edir ki, o inzibati xətanı törətməmiş və tərtib edilmiş protokol və qərardan heç bir məlumatı olmamışdır. Hesab edir ki, barəsində səhvən inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılaraq cərimə olunmuş, lakin ona bu barədə məlumat belə verilməmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş üzrə məhkəmə iclasları müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə, saat 12.15 və 09.30-a təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Xətai Rayon Polisi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, şikayət vermiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, ərizəçi X2 xx xxx 2020ci il tarixdə saat 13.59 radələrində M.Hadi küçəsində avtomobil idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyea və karantin rejimlərini pozulması müəyyən edilmişdir. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə təqsirli bilinmiş və ona 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan başqa X1 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində təsbit edilmiş inzibati xətanın törətməsi halı heç bir sübutla müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 125.1, 125.1-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 125.2, 125.2.2, 125.2.3-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; Eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir; Həmin Məcəllənin 125.3-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 - 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun əsasında qəbul edilmiş qərardan X1 heç bir məlumatının olmaması, X2 inzibati xəta törətməsi barədə şübhələr hər bir halda şəxsin xeyrinə həll edilməli, şikayət təmin edilməli, tərtib olunmuş qərar ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X6 göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Belə olduğu təqdirdə X1 əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə inzibati xətanın tərkibinin olmasını araşdırmaq mümkün olmamış və məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalar haqqında işlər üzrə qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilir. Hesab edirəm ki, X1 əməlində Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yaranmadığı üçün, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tərtib olunmuş qərarı ləğv edilməli və həmin inzibati xəta baxılması üçün yenidən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Xətai Rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362- 365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx xxx 2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qəbul edilmiş qərar ləğv edilsin və baxılması üçün yenidən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Xətai Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar