Məhkəmə qərarları › İş №3(012)-1919/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1919/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1919/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Vəkil inzibati tənbeh vermə barədə protokol vermiş icra məmuru X1iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Zəngilan Rayonu, Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, ak. H.Əliyev küçəsi,102 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2protokolu müdafiə edərək bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin2(103)-9986/2019 saylı,xx.xx.2019-cu il tarixliicra vərəqəsinəəsasəniş üzrə borclu Şəxs qərarın icrasını yerinə yetirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin2(103)-9986/2019 saylı,xx.xx.2019cu il tarixliicra vərəqəsinəəsasəniş üzrə borclu Şəxs 1 ədəd kürk, 1 ədəd oyuncaq ayı,1 ədəd yadigar,1 ədəd çilçıraq alınaraq tələbkar X3 verilməsi cavabdeh Şəxs qızıl qolbaq(20,4 qram, qiyməti 1.250 manat),qızıl sırğa (23.6 qram, qiyməti 1900 manat), qızıl boyunbağı (36.3 qram, qiyməti 2700 manat), qızıl üzük (7.5 qram, qiyməti 850 manat) və ya həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların ümumi dəyəri 6700 manat pul alınaraq tələbkara verilməsi qət edilmişdir. Cavabdeh Şəxs icra sənədlərinin icrasından yayınaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə imtina edərək, kürk və oyuncaq ayıdan başqa heç bir əmlakı və ya onun dəyərini qaytarmamışdır. Buna görə də, icra məmuru,borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdir ki, maddi vəziyyəti olduqca ağırdır, toy ərəfəsində qızıllar dəyəri ödənilmədən nisyə götürülmüş, ödənilməsi mümkün olmadığından toydan sonra yenidən qızılların alındığı mağazaya qaytarılmışdır, buna dair qızıl mağazasının satıcısının notarial etirafı da mövcuddur. Lakin nə qədər ki, məhkəmə qətnaməsi mövcuddur, əgər vaxt verilərsə o, həmin qızıllardan alıb tələbkara qaytarılmasına etiraz etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9986/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs qərarın icrasını yerinə yetirməmişdir. Bakı Apelyasiya Məhkəməsinin2(103)-9986/2019 saylı,xx.xx.2019-cu il tarixliicra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs 1 ədəd kürk, 1 ədəd oyuncaq ayı,1 ədəd yadigar,1 ədəd çilçıraq alınaraq tələbkar X3 verilməsi cavabdeh Şəxs qızıl qolbaq(20,4 qram, qiyməti 1.250 manat),qızıl sırğa (23.6 qram, qiyməti 1900 manat), qızıl boyunbağı (36.3 qram, qiyməti 2700 manat), qızıl üzük (7.5 qram, qiyməti 850 manat) və ya həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların ümumi dəyəri 6700 manat pul alınaraq tələbkara verilməsi qət edilmişdir. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs mülkiyyətində heç bir daşınar və daşınmaz əmlakı və ya heç bir gəliri yoxdur. Məhkəmə iclasında çıxış etmiş müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs tələbkar X6 qızına qalan borcunu qətnamədə göstərildiyi kimi natural qaydada ödəyəcəyinə söz verir. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar