Məhkəmə qərarları › İş №3(012)-1919/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1919/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1919/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin nümayəndəsi X12, şikayətçi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun nümayəndəsi X3 iştirakları ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X7 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Abşeron Xızı Regional şöbəsi (bundan sonra - Şöbə) tərəfindən 26 may 2023-cü il tarixində çıxarılan və 31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi- Tədqiqat İnstitutuna (bundan sonra- İnstitut) daxil olmuş MN ******* saylı qərar əsassız və qanunsuz olduğu üçün 02 iyun 2023-cü il tarixində İnstitut tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. 18 iyul 2023-cü il tarixində şifahi icraat qaydasında keçirilən mümkünlük iclasında iddianın İnzibati Məhkəməyə aid olmadığı barədə məhkəmə qərardad qəbul etmişdir (bu faktiki halı təsdiq edən məhkəmə bildirişinin və qərardadın surətləri əlavə olunur).Bundan sonra İnstitut tərəfindən 21 iyul 2023-cü il tarixində Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, Məhkəmə tərəfindən 3(012)- 1427/2023 saylı iş üzrə 27 iyul 2023 -cü il tarixində çıxarılan qərardad İnstituta 20 sentyabr 2023 - cü il tarixində daxil olmuşdur. İnstitutu tərəfindən yenidən heç bir vaxt itirmədən 22 sentyabr 2023-cü il tarixində Abşeron rayon Məhəkiməsinə sifarişli poçt göndərişi vasitəsilə şikayət ərizəsi göndərilmişdir (bu faktiki halları təsdiq edən poçt qəbzlərinin surətləri əlavə olunur). Abşeron rayon Məhkəməsi tərəfindən 28 sentyabr 2023-cü il tarixində 3(012)-1806/2023 saylı iş üzrə qəbul edilən və İnstituta 12 oktyabr 2023-cü il tarixində daxil olan qərardadda qeyd edilir ki, guya İnstitut tərəfindən göndərilən şikayət ərizəsində Şöbə tərəfindən 26 may 2023 cü il tarixində çıxarılan və 31 may 2023-cü il tarixində İnstituta daxil olmuş MN ******* saylı qərarin İnstituta nə vaxt daxil olmasını təsdiq edən rəsmi sənəd Məhkəməyə göndərilməmiş, şikayət ərizəsində qərarın hansı tarixdə təqdim olunması qeyd edilməmişdir.Halbuki, Abşeron rayon Məhkəməsinə göndərilən şikayət ərizəsinə Şöbə tərəfindən 26 may 2023cü il tarixində çıxarılan və 31 may 2023-cü il tarixində İnstituta daxil olmuş MN ******* saylı qərarin İnstituta 31 may 2023-cü il tarixində daxil olmasını təsdiq edən rəsmi sənəd əlavə olunmuş, eyni zamanda göndərilən şikayət ərizəsinin 1-ci bəndində iki yerdə qərarın İnstituta 31 may 2023-cü il tarixində daxil olması faktı qeyd edilmişdir. Həmin rəsmi sənədlər yenidən Sizə göndərilir. İnstitut tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1, 130.1 -ci maddələrinin tələbləri pozulmamışdır. Belə ki, İnstitut tərəfindən göndərilən şikayət ərizələrinə əlavə edilmiş rəsmi sənədlərdən göründüyü kimi müddət buraxılmamış, şikayət ərizələri bu müddət ərzində daimi məhkəmələrdə icraatda olmuşdur. Şöbə tərəfindən 26 may 2023-cü il tarixində çıxarılan və 31 may 2023-cü il tarixində İnstituta daxil olmuş MN ******* saylı qərar aşağıdakı faktiki hallara əsasən əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır.Şöbə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 12,24,25,26,35,68,71,72,80-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcələsinin 1,2,6,7-ci maddələrinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1, 2,3, 4, 5, 6, 7,9, 11, 12, 31, 48, 53, 75, 76, 80, 84, 99 -cu maddələrinin tələblərinə zidd olaraq İnstitut tərəfindən Şöbəyə 02 mart, 26 aprel, 22 may 2023-cü il tarixlərində yazili sübutlar göndərilməsinə baxmayaraq işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, ehtimallar əsasında qərar çıxarılmışdır.Belə ki, 01 oktyabr 2021-ci il tarixində X16 ilə İnstitut arasında İnstituta məxsus olan Ampeloqrafik Kolleksiya bağında “beton dirəklərin daşınması, çalaların qazılması, beton dirəklərin çalalara basdırılması, məftillərin çəkilməsi- tarımlaşdırılması” kimi işlərin yerinə yetirilməsi üçün mülki-hüquqi müqavilə olan xidməti müqavilə bağlanılmasına baxmayaraq İnstitut barəsində 12 may 2023- cü il tarixli MN1496076 “ inzibati xəta haqqında ” protokol tərtib edilmişdir. Tərtib edilən həmin protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 100-cü maddəsinin tələblərinə zidd olaraq blank formasında olan protokol Şöbənin müvafiq işçisi tərəfindən doldurulmayaraq İnstituta göndərilmişdir (bu faktiki halı təsdiq edən protokolun , mülki-hüquqi müqavilənin surətləri əlavə edilir). Şöbə tərəfindən çıxarılan qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə istinad olunaraq inzibati xətanın törədilməsi qeyd edilmişdir. Halbuki, qeyd edilən hüquq norması düzgün tətbiq edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarinın tələblərindən açıq-aşkar göründüyü kimi işçi ilə işəgötürən arasında bağlanılmış, lakin elektron informasiya sisteminə daxil edilməmiş əmək müqaviləsi mövcud olmalıdır ki, inzibati xətanın tərkibi yaranmış o!sun. Halbuki, İnstitut ilə X16 arasında heç bir əmək müqaviləsi bağlanılmamışdır. 01 oktyabr 2021-ci il tarixində X16 ilə İnstitut arasında İnstituta məxsus olan Ampeloqrafik Kolleksiya bağında “beton dirəklərin daşınması, çalaların qazılması, beton dirəklərin çalalara basdırılması, məftillərin çəkilməsi- tarımlaşdırılması” kimi işlərin yerinə yetirilməsi üçün mülki-hüquqi müqavilə olan xidməti müqavilə bağlanılmışdır. İnstitut tərəfindən F.Mamedova yerinə yetirilmiş işlərə görə mülki-hüquqi müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 01 oktyabr 2021-ci il tarixindən 01 . anvar 2023-cü il tarixinədək hər ay xidmət haqqı ödənilmişdir (bu faktiki halı təsdiq edən maliyyə arayışının surəti əlavə olunur). İnstitut ilə F.Mamedov arasında bağlanılmış mülki- hüquqi müqavilənin 5.3-cü yarımbəndinin tələblərinə əsasən İnstitut tərəfindən 19 dekabr 2022-ci il tarixində - Mamedova mülki-hüquqi müqavilənin müddəti 01 yanvar 2023-cü il tarixində bitdiyinə görə müqavilənin müddətinin İnstitut tərəfindən uzadıİmayacağı və ona xitam veriləcəyi barədə xəbərdarlıq- bildiriş göndərilmişdir (bu faktiki halı təsdiq edən xəbərdarlıq- bildirişin surəti əlavə olunur).01 yanvar 2023- cü il tarixindən İnstitut ilə F.Mamedov arasında mülki- hüquqi müqaviləyə xiyam verildikdən sonra İnstitut tərəfindən - Mamedova heç bir xidmət haqqı ödənilməmişdir. İnstitut tərəfindən F.Mamedovla bağlanılmış mülki- huqiqi müqavilənin tələblərinə əsasən 01 oktyabr 2021-ci il tarixindən 01 yanvar 2023- cü il tarixinə qədər F.Mamedovun iştirakı ilə “öhdəliyin yerinə yetirilməsi barədə” hər ay akt tərtib edilmiş və həmin akt əsasında F.Mamedova xidmət haqqı ödənilmişdir. ( bu faktiki halı təsdiq edən aktların surətləri əlavə edilir.) F.Mamedov 2023- cü ilin fevral ayında İnstitutun “ Hüquq , kargüzarlıq və kadr işləri üzrə” şöbəsinin işçisinə yaxınlaşaraq ondan əmək kitabçasına müvafiq qeydlərin edilməsini xahiş etmişdir. İşçi heç bir araşdırma aparmadan onun əmək kitabçasında olan əvvəlki səhv olan qeydi görüb hec bir əmr olmadığı halda, mexaniki olan səhvi təkrar edib qeyd aparmışdır. Ancaq, İnstitut tərəfindən hec bir vaxt elə əmr verilməmişdir. yuxarıda göstərilən faktiki hallardan və yazılı sübutlardan göründüyü kimi, İnstitutla -.Mamedov arasında mülki-hüquqi müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən tərəflər arasında “öhdəliyin yerinə yetirilməsi barədə ” akt tərtib edilmiş, 01 oktyabr 2021- ci il tarixindən 01 yanvar 2023-cü il tarixinə qədər hər ay F.Mamedova dövlət büdcəsindən smetaya uyğun olaraq xidmət haqqı ödənilmişdir. Bundan əlavə, F.Mamedova İnstitut tərəfindən 19 dekabr 2022-ci il tarixində Xəbərdarlıq-bildiriş verildiyi üçün F.Mamedov onunla bağlanılmış mülki-hüquqi müqaviləyə 01 yanvar 2023-cü il tarixində xitam verilməsini bilirdi. Yuxarıda yazılı sübutlar əsasında qeyd edildiyi kimi İnstitut tərəfindən heç bir inzibati xəta törədilməmiş, inzibati xəta tərkibi olmadığına görə Şöbə tərəfindən 26 may 2023-cü il tarixində çıxarılan və 31 may 2023-cü il tarixində İnstituta daxil olmuş MN '292482 saylı qərar ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun nümayəndəsi X4 şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verdi və qanunvericiliyin tələblərinə zidd olaraq İnstitut barəsində 26 may 2023-cü il tarixində çıxarılan MN ******* saylı qərarın əsassız və qanunsuz olduğu, inzibati xətanın tərkibi olmadığı üçün qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin nümayəndəsi X17 izahatında bildirdi ki, vətəndaş əmək kitabçasında edilən qeydlərə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər Üzümçülük və X14 İnstitutunda aqrotexnik vəzifəsində işləyib, lakin əmək və məşğulluq AS-də elektron əmək müqaviləsi bağlanmamışdır. F.Mamedov işdən çıxarkən sonuncu yanvar ayının əmək haqqını və son haqq-hesabını ödənilməməsini bildirmişdir.Bundan sonra,inzibati xəta protokolu tərtib olunmuş və bunun əsasında da müvafiq qərar qəbul edilmişdir.Qərar qanuni və əsaslıdır.Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İşin materiallarında olan X13 məxsus ******* saylı Əmək kitabçasının surətindən görünür ki, ixtisası bağbandır. Üzümçülük və X14 İnstitutunun xx.xx.2021-ci il tarixli 0818 saylı əmri ilə ştatdankənar aqrotexnik vəzifəsinə işə qəbul olunmuş , xx.xx.2023-cü il tarixli əmrlı ƏM-nin 68-ci maddəsinə əsasən vəzifəsinə xitam verilmişdir. İşin materiallarında olan X2 və X14 İnstitutunun arasında bağlanan 01 oktyabr 2021ci il tarixli xidmət müqaviləsinə əsasən icraçı beton dirəklərin daşınması,çalaların qazılması,beton dirəklərin çalalara basdırılması,məftillərin çəkilməsi-tarımlaşdırılması və mövsümü işlərin görülməsi ilə əlaqədar verilən tapşırıqları yerinə yetirir. Hazırkı müqavilənin müddəti 03 aydır, 01 oktyabr 2021-ci il tarixdən 01 yanvar 2022-ci il tarixədəkdir.Müqavilə sifarişçi olaraq Üzümçülük və X14 İnstitutun direktoru və icraçı olaraq X16 tərəfindən imzalanmışdır. İşin materiallarında olan arayışdan görünür ki, Üzümçülük və X14 İnstitutu ilə X16 arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli xidmət müqaviləsinə əsasən İnstitut tərəfindən ona 01 yanvar 2023-cü il tarixinədək 2021-ci il üçün cəmi 870 manat, 2022-ci il üçün cəmi 4080 manat xidmət haqqı ödənilmişdir. İşin materiallarında olan Üzümçülük və X14 İnstitutunun əməkdaşları tərəfindən tərtib olunan 31 oktyabr 2021 – 31 oktyabr 2022-ci tarixi dövrü üçün hər ay tərtib olunan aktlardan müəyyən edilir ki, X16 xidmət müqaviləsi üzrə institutun üzüm bağlarında mövsümü işlərlə əlaqədar işləri yerinə yetirmişdir. İşin materiallarında olan oğlu Üzümçülük və X14 İnstitutu tərəfindən X13 göndərilən 19 dekabr 2022-ci il tarixli, 17 saylı bildirişdən görünür ki, İnstitut müqavilə tərəfinə müqavilənin müddətinin bitdiyi 01 yanvar 2023-cü il tarixdə müddət uzadılmayacaq və ona xitam veriləcək. İşin materiallarında olan X16 tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinə ünvanlanan 07 aprel 2023-cü il tarixli müraciətdən görünür ki, şikayətedən əmək kitabçasına edilən qeydlərə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İnstitutda aqrotexnik vəzifəsində işləyib, lakin əmək məşgulluq AS-də elektron əmək müqaviləsi bağlanmamışdır.Vətəndaş xəstəliklə əlaqədar xəstəlik vərəqəsi açdırdığı müddətdə əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilmişdir.F.Mmamedov işdən çıxarkən sonuncu yanvar ayının əmək haqqını və son haqq-hesabı ona verməmişdir. Həmin şikayətə əlavə edilmiş X8 adına olan əmək qabiliyyətinin olmaması barədə vərəqdən müəyyən edilir ki, sonuncu tarixlər xx.xx.2022-xx.xx.2022-dir. İşin materiallarında olan Üzümçülük və X14 İnstitutu tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinə ünvanlanan 26 aprel 2023-cü il tarixli məktubdan görünür ki, X16 ilə 01 oktyabr 2021-ci il tarixdə 3 ay müddətinə xidməti müqavilə bağlanmış, 01 yanvar 2023-cü il tarixədək müqavilənin müddəti bir dəfə uzadılmış,Mövsümü işlərin olmamasına görə müqavilənin müddətinin uzadılmaması barədə 19 dekabr 2022-ci tarixdə xəbərdarlıq bildirişi göndərilmişdir. Tərəflər arasında bağlanan müqavilə xidməti müqavilə olduğu üçün ona Əmək Məcəlləsi şamil olunmur,nəzərə alınması xahiş olunur. İşin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsi tərəfindən Üzümçülük və X14 İnstitutuna ünvanlanan 04 may 2023-cü il tarixli bildirişdən müəyyən edilir ki, Azərbaycan Respublikası İXM-nin 192.1 maddəsi üzrə inzibati xəta haqqında protokol üzrə işə baxılması 12 may 2023-cü il tarix, saat 11.00-da şöbəyə dəvət olunur, hüquq və vəzifələri izah olunur. İşdə olan poçt göndərişinin izlənməsindən görünür ki, həmin bildiriş 10 may 2023-cü il tarixdə Üzümçülük və X14 İnstitutuna çatıb. İşin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin tərtib etdiyi 12 may 2023-cü il tarixli ******* saylı inzibati xəta protokolundan görünür ki, Üzümçülük və X14 İnstitutunun direktoru X7 tərəfindən ƏM-nin 7 və 49-cu maddələrinin, həmçinin 7-ci maddənin 2-3-cü bəndinin 2-3.2 və 2-3.4cü hissələrinin tələbləri pozularaq X16 əmək müqaviləsi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə də İXM-nin 192.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta protokolu tərtib olunan şəxs Üzümçülük və X14 İnstitutunun direktoru X7 protokol tərtib olunanda iştirak etməmişdir. İşin materiallarında olan Üzümçülük və X14 İnstitutu tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinə ünvanlanan 18 may 2023-cü il tarixli teleqramda institut 12 may 2023-cü il tarixli bildirişlə əlaqədar yazılı sübutların təqdim olunması üçün işə baxılmasını 22 may 2023-cü il tarixini təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin instituta göndərdiyi digər bildirişdən görünür ki, vəsatət təmin edilmiş, 12 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola baxılması 26 may 2023-cü il tarixdə saat 11.00-a təyin edilmişdir,lazımi məlumatlar qeyd edilmiş, hüquq və vəzifələr izah edilmişdir. İş materiallarından göründüyü kimi İnstitut həmin bildirişi 25 may 2023-cü il tarixdə almışdır. İşin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin Üzümçülük və X14 İnstitutunun barəsində tərtib edilmiş 26 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, 12 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yetirməsinə cəlb edilməsinə görə X7 İXM-nin 192.1-ci maddəsinə görə 3000 manat məbləğində inzibati qaydada cərimələnmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin Üzümçülük və X14 İnstitutuna ünvanladığı 26 may 2023-cü il tarixli bildirişdən görünür ki, tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən 26 may 2023-cü il tarixli qərar icra olunması üçün göndərilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X16 əmək kitabçasında edilən qeydlərə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər Üzümçülük və X14 İnstitutunda aqrotexnik vəzifəsində işləyib, lakin əmək və məşğulluq AS-də elektron əmək müqaviləsi bağlanmaması və xəstəliklə əlaqədar xəstəlik vərəqəsi açdırdığı müddətdə əmək müqaviləsinə xitam verilməsi, işdən çıxarkən sonuncu yanvar ayının əmək haqqını və son haqq-hesabının ödənilməməsinə görə 07 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, Üzümçülük və X14 İnstitutunun direktoru X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutu ilə X16 arasında bağlanmış xx.xx.2021-ci il tarixli xidmət müqaviləsindən görünür ki, X1 Ampeloqrafik kolleksiya bağında beton dirəklərin daşınması, çalaların qazılması, beton dirəklərin çalalara basdırılması, məftillərin çəkilməsi-tarımlaşdırılması və müvsümi işlərin görülən tapşırıqları yerinə yetirir. Azərbaycan Respublikası İXM-nin 192.1.maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görəfiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarında qərarı alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.

2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. X11 Məhkəməsinin Plenumu qeyd edir ki, mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən belə qənaətə gəlir ki,tərəflər arasında bağlanan müqavilə göründüyü kimi xidməti müqavilədir.Tərəflər sərbəst olaraq sifarişçi və icraçı olaraq belə bir mülki müqavilə bağlamış, müqavilə müddəti ərzində hər ay icraçının yerinə yetirdiyi işləri aktlaşdırılmış və müvafiq ödənişlər edilmişdir. X16 müqavilə müddəti ərzində həmin müqaviləni mübahisələndirməmiş və müqavilə şərtləri ilə razılaşmışdır. Əgər o, həmin müqaviləni əmək müqaviləsi hesab edirdisə, məzuniyyətlərin verilməsi, sosial təminat- əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi kimi hallar üzrə faydalanmamasını müqavilə dövründə mübahisələndirməmişdir. Xidməti müqavilədə isə göründüyü kimi bütün bunlar nəzərdə tutulmamışdır. Bu isə müqavilənin xarakter etibarı ilə əmək müqaviləsi olmadığını göstərir. Məhkəmə həmçinin, X8 əmək kitabçasında olan qeyd ilə bağlı bildirir ki, İnstitutun nümayəndəsinin izahatından göründüyü kimi həmin qeyd texniki səhv olaraq baş vermişdir. Bütün bunlar isə onu göstərir ki,tərflər arasında bağlanan müqavilə xidmət müqaviləsi olub, müəyyən işlərin görülməsi ilə əlaqədar bağlanmışdır, qərar qəbul edən orqan inzibati xəta protokolu tərtib edərkən və həmin inzibati xəta protokolu üzrə qərar qəbul edərkən müqavilə tərəfləri arasındakı münasibəti, bağlanan müqavilənin məzmununu, xarakterini, görülən işin xüsusiyyətini və bu kimi halları tam, obyektiv araşdırmadan, İXM-nin 60.1 və 60.3 maddəsinin tələblərini pozaraq bildirişi alan vaxtdan tərəfin öz hüququnun müdafiəsi üçün nəzərdə tutulan 05 günlük müddəti gözləmədən, birtərəfli qaydada xx.xx.2023-cü il tarixli, MN1292482 saylı qərarı qəbul etmişdir ki, göründüyü kimi şikayətin dəlilləri əsaslı olmaqla şikayət təmin edilməli, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X5əməlində inzibati xəta tərkibi olmadığından hazırkı inzibati işin icraatına xitam verilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı inzibati tənbeh vermə haqqında qərarından Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X7 tərəfindən verilmiş şikayət təmin edilməli,Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci

Qərara aldı:

Şikayət təmin olunsun. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və X14 İnstitutunun direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Abşeron-Xızı Regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN1292482 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar