Məhkəmə qərarları › İş №3(012)-1921/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1921/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1921/2025 20.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025ci il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, vətəndaş X1 şikayəti əsasında Şəxs MMC-yə 3-17-5/2-58408/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilmişdir. Sorğu məktubunun xx.xx.2025-ci il tarixində Şəxs MMC tərəfindən alınmasına baxmayaraq 7 iş günü ərzində sorğuya müvafiq cavab verilməmişdir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı protokol tərtib olunmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Zirə kəndi, Zirə Tərəvəzçilik sovxozu ərazisində fəaliyyət göstərən Şəxs MMC-də baş vermişdir. Həmin ərazi isə inzibati ərazi vahidi olaraq Bakı şəhəri Xəzər Rayonu ərazisində yerləşir. Sovxozun yerləşdiyi ərazinin torpaqları vaxtilə Abşeron rayon İcra Hakimiyyətinə təhkim olunmuş torpaqlar olmuşdur. Aqrar islahatlar nəticəsində sovxozların ləğv olunması ilə əlaqədar artıq həmin torpaqların Abşeron rayonu ərazisinə aidiyyatı yoxdur. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən ərazilərin torpaq mübahisələrinə də artıq Abşeron Rayon Məhkəməsində baxılmır. Odur ki, hesab edirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol üzrə inzibati xəta hadisəsi Bakı şəhəri Xəzər rayonu ərazisində baş verdiyindən iş materialları aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar