Məhkəmə qərarları › İş №3(012)-1923/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1923/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1923/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X51 və tələbkar şəxslər X36 etibarnamə üzrə nümayəndəsi X12, X17, X72, X37, X18 etibarnamə üzrə nümayəndəsi X13, X38 vəkili Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili İbrahimov Rəfail Rza oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Progress-2016 MTK-nın rəhbəri vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X80 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X80 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.1980-ci il təvəllüdlü Saatlı şəhərində anadan olmuş, Saatlı şəhəri, H.Z.Tağıyev küçəsində qeydiyyatda olan Progress-2016 MTK-nın rəhbəri Şəxs qeyd olunan icra sənədlərinin icrasını icra etməmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş olundu. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs qətnamələr üzrə öhdəliklərinin bir qismini ödədiyini bildirdi, qalan hissənin də ödənilməsinə söz verdi və ona barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X40 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X52 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X104 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X73 borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X38 vəkili Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili İbrahimov Rəfail Rza oğlu borclu Şəxs barəsində inzibati tənbeh tədbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş tələbkar X18 nümayəndəsi X13 borclu Şəxs qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-311/2011 saylı, 05.05.2011-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 44252 (qırx dörd min iki yüz əlli iki) manat və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun X61 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-533/2011 saylı, 31.05.2011-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 14445 (bir on dörd min dörd yüz qırx beş) manat və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun X14 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1071/2011 saylı, 11.08.2011-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 1200 (bir min iki yüz) manat və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun X7 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2090/2015 saylı, 04.06.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 82610 (səksən iki min altı yüz on) manat və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun X25 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1925/2015 saylı, 08.06.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 16500 (bir on altı min beş yüz) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun X53 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-5869/2015 saylı, 27.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən sahəsi 498,8 kvm olan qeyri yaşayış binasının cavabdehin hesabına əvvəlki vəziyyətə qaytarılaraq X41 təhfil verilməsi qət olunmuşdur. Qeyd olunan qətnamənin icra üsulunun dəyişdirilərək Abşeron Rayon Məhkəməsinin 8(012)-869/2017 saylı, 20.11.2017-ci il tarixli qərardadı ilə "xxxx" MTK-nın ünvan 4 ünvanda inşa etdiyi 5 bloklu yaşayış binasının A (5ci) blokunun 1-ci mərtəbədən ümumi sahəsi 500 kv.m qeyri-yaşayış sahəsi, həmin blokun zirzəmisində 150 kv.m sahə X26 adına müqavilə ilə rəsmiləşdirilməsi və həmin 500 kv.m qeyri yaşayış sahəsində təmir (şüşə cəbhə, rəngsaz işi, elektrik-santexnik işləri, döşəmə metlax) işləri həyata keçrilərək qeyd edilən 500 kv.m qeyri-yaşayış sahəsi Xalıq Xalıqovun istifadəsinə verilməsi, bundan əlavə borclu "xxxx" MTK tərəfindən iki ay ərzinə tələbkar X41 50000 (əlli min) manat məbləğində pul vəsaiti ödənilsin. Qeyd olunan qeyri-yaşayış sahəsinin 5 ay ərzində nəzərə tutulan qaydada təmiri başa çatdırılmadıqda Xalıq Xalıqovun istifadəsinə vermədiyi halda, həmin aydan sonrakı hər bir ay üçün təmir işlərini başa çatdırıb Xalıq Xalıqovun istifadəsinə verəcəyi vaxta qədər 10000 (on min) manat məbləğində təzminatın ödənilməsi qərara alınmışdır. Abşeron rayon məhkəməsinin 2(012)-5113/2016 saylı, 10.10.2016-cı il tarixli, 03.02.2017-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK-dan 15000 (bir on beş min) manat və iş üzrə ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun X15 xeyrinə tutulması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2064/2016 saylı, 04.11.2016-cı il tarixli icra vərəqəsinə əsasən “Proqres-2016” MKT-dan 36720 (otuz altı min yeddi yüz iyirmi) manat pul məbləği alınaraq X19 və 73583 (yetmiş üç min beş yüz səksən üç) manat 28 (iyirmi səkkiz) qəpik pul məbləğinin isə X8 verilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2344/2018 saylı, 20.07.2018-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 9000 manat pul vəsaitinin tutularaq X54 ödənilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2608/2018 saylı, 17.05.2018-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində 1 A npmrəli, 12 mərtəbəli yaşayış evinin 4-cü blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97,7 kv.m olan 3 otaqlı 27 saylı məzillərində X1 və istifadə hüququnun tanınması və həmin mənzilin tələbkara təhvil verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-6531/2017 saylı, 23.11.2017-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış einin 10-cu mərtəbəsində, ümumi sahəsi 96,3 kv.m olan, 3 otaqlı mənzilin X55 verilməsi vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2038/2019 saylı, 24.05.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 9290 manat borc və 30 manat dövlə rüsumu pul vəsaitinin tutularaq X42 verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-5944/2017 saylı, 08.10.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 49,3 kv.m olan 1 otaqlı mənzilin X43 verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-3041/2019 saylı, 18.10.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 37419 manat pul vəsaitinin tutularaq X56 ödənilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-3069/2019 saylı, 02.12.2019-cu il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda tikilən 12 mərtəbəli binanın 3-cü blokunun 4-cü mərtəbəsindəki ümumi sahəsi 88,8 kv.m olan 2 otaqlı 21 saylı və həmin evin 3 cü blokubub 3-cü mərtəbəsində sahəsi 133,6 kv.m olan 4 otaqlı 18 saylı mənzilin X16 verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-614/2020 saylı, 18.03.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 6 ünvanında yerləşən 15 mərtəbəli yaşayış evinin İİİ blok, V mərtəbəsində 43,3 kv metr ümumi sahəsi olan, izolə olunmuş 1 otaqdan ibarət 26 saylı mənzilə iddiaçı X2 və istifadə hüquqlarının tanınması və həmin mənzillərə yaradılan manelərin aradan qaldırılması, Abşeron rayon məhkəməsinin 2(012)-2608/18 saylı, 17.05.2018-ci il tarixli icra vərəqəsinə əsasən 15 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 1A nömrəli, 12 mərtəbəli yaşayış evinin 4-cü blok 7-ci mərtəbəsində, ümumi sahəsi 97,7 kv.m olan 3 otaqlı 27 saylı mənzilin üzərində X1 və istifadə hüquqlarınən tanınması, mənzildən istifadə hüququnun həyata keçrilməsinə yaradılan manelərin aradan qaldırılması və mənzilin X27 təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" MTK həvalə edilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-226/18 saylı, 08.06.2018-ci il tarixli icra sənədinə əsasən 12.05.2007-ci il tarixli X62 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 324 kv.m olan qeyri-yaşayış sahəsinə dair, 20 may 2007-ci il tarixli X62 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətinAbşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli 301 sayı sərəncamı ilə Abşeron rayon, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z. Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 216 kv.m olan mənzilə dair, 20 may 2007-ci il tarixli X62 ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-il tarixli 301 saylı sərəncamı ilə Abşeron rayon, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşasına icazə verilmiş yaşayış evinin 3-cü blok, 1-ci mərtəbəsində ümumi sahəsi 108 kv.m olan qeyri-yaşayış sahəsinə dair X3 və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinə dair sahiblik hüququnun həyata keçrilməsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsi "xxxx" MTK-ya həvalə edilməsi və mənzil sahələrinin X44 təhfil verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-384/20 saylı, 10.03.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK-dan cəmi 48845 (qırx səkkiz min səkkiz yüz qırx beş) manat 0,40 (sıfır qırx) qəpik pul pul vəsaitini tutularaq X81 ödənilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-776/2020 saylı, 20.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK-dən cəmi 46505 (qırx altı min beş yüz beş) manat pul vəsaiti alınaraq Abbas-X95 ödənilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-4246/15 saylı, 16.11.2015-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MMC-dən 13095 (on üç min doxsan beş) manat pul vəsaiti tutularaq X9 ödənilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2452/19 saylı, 06.09.2019-cu il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəzulzadə 1A ünvanında inşa edilən yaşayış evinin 4-cü blokunda 78 kvm qeyri yaşayış sahəsinə dair X33 ilə "xxxx" MMC arasında bağlanmış 20 avqust 2011-ci il tarixli müqavilənin qismən etibarsız hesab edilməsi, X10 ilə "xxxx" MMC arasında bağlanmış 12 mart 2008-ci il tarixli, 16 saylı müqaviləyə əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-cı il tarixli, 301 saylı Sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü blokunun 50 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi X5 təhvil verilməsi, qeyri yaşayış sahəsinin boşaldılması və həmin qeyri-yaşayı sahəsinə dair dövlət reyesterindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin verilməsi (ümumi yığıncağın protokol və qərarından çıxarış, maliyə arayışı və s) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə olunması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-5131/18 saylı, 21.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən X45 ilə "xxxx" MMC arasında bağlanan 20 aprel 2009-cu il tarixli müqaviləyə əsasən həmin cəmiyyətin Abşeron rayon İH başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə ünvan 9 ünvanda inşa olunmuş yaşayış binasının İİ blok, İ mərtəbəsində ümumi tikinti sahəsi 200 kv.m olan qeyri yaşayış sahəsinin faktiki ölçüləri müəyyənləşdirilməklə, həmin sahəyə dair müvafiq cizginin verilməsi, sahiblik, istifadə hüquqlarının tanınması, sahiblik hüququnun həyata keçrilməsinə yaradılan manelərin aradan qaldırılması və qeyri-yaşayış sahəsinin X21 təhfil verilməsi vəzifəsinin 10 manat dövlət rüsumunun X21 ödənilməsi vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2365/19 saylı, 05.07.2019-cu il tarixli icra vərəqəsinə əsasən 2Progress-2016” MTK ilə bağlanmış 16 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən Abşeron RİH başçısının 25.06.2006-cı il tarixli 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeon rayonu Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 1 “A” ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının İİ blok, İ mərtəbəsində X63 məxsus ümumi tikinti sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinə dair dövlət reyesterindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın protokol və qərarından çıxarış, maliyə arayışı və s) verilməsi vəzifəsi “Progress-2016 MTK-ya həvalə edilməsi və ünvan 10 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış binasının İİ blok, İ mərtəbəsində X63 məxsus ümumi tikinti sahəsi 80 kv.m olan qeyri-yaşayış sahəsinə bitişik olaraq, ara məsafəsi gözlənilmədən, lahiyədən kənar özbaşına inşa edilən tikintilərin sökülməsi və 10 manat dövlət rüsumunun X63 ödənilməsi vəzifəsi "xxxx" MTK-ya aid edilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-522/19 saylı, 19.03.2020-ci il tarixli icra vərəqəsinə əsasən 26 sentyabr 2017-ci il tarixli, 22 saylı müqavilə üzrə əlavə ödənilmiş olan 12000 (bir on iki min) manat pul "xxxx" MTK-dan tutularaq X64 qaytarılması və "xxxx" MTK-nın hüquqi varisi olduğu "xxxx" MMC ilə bağlanmış 12 mart 2008-ci il tarixli müqaviləyə əsasən Abşeron RİH başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisənə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 4-cü blokunda yerləşən 50 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin X57 təhvil verilməsi və həmin sahəyə dair müvafiq cizginin, o cümlədən dövlət reyesterindən çıxarışın alınması üçün zəruri olan sənədlərin (ümumi yığıncağın protokol və qərarından çıxarış, maliyə arayışı və s) verilməsi vəzifəsinin "xxxx" MTK-ya həvalə edilməs qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1774/2019 saylı, 07.06.2019-cu il tarixli icra vərəqəsinə əsasən X82 ilə "xxxx" MMC arasında bağlanmış 09.02.2009-cu il tarixli, 27.05.2011-ci il tarixli və 23.08.2011-ci il tarixli müqavilələrə əsasən Abşeron RİH başçısının 25.08.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 97,7 kv.m ümumi sahəsi olan 35 saylı, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində, yerləşən 2 otaqdan ibarət 59,45 kv.m ümumi sahəsi olan 31 saylı, həmin yaşayış evinin 5ci blokunun 12-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 60,4 kv.m ümumi sahəsi olan 84 saylı mənzillərin X63 təhvil verilməsi və həmin mənzillərə dair dövlət reyesterindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın protokol və qərarından çıxarış, maliyə arayışı və s) verilməsi vəzifəsi “Progress-2016 MTK-ya həvalə edilməsi. X75 ilə "xxxx"MMC arasında həmin yaşayış evinin 4-cü blokunun 9-cu mərtəbəsində yerləşən 3 otaqdan ibarət 97,7 kv.m ümumi sahəsi olan 35 saylı mənzilə dair 28 mart 2007-ci il tarixli müqavilə, həmin yaşayış evinin 5-ci blokunun 4-cü mərtəbəsində yerləşən 2 otaqdan ibarət 59,45 kv.m ümumi sahəsi olan mənzilinə dair X46 ilə "xxxx" MMC arasında bağlanan 25.05.2012-ci il tarixli, 550 saylı müqavilə, "xxxx" MTK ilə X47 arasında həmin yaşayış evinin 5-ci blokunun 12-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 60,4 kv.m ümumi sahəsi olan 89 saylı mənzillərinə dair bağlanan 19.07.2016-cı il tarixli müqavilə və "xxxx" MMC ilə Həsənov Sərdar güloğlan oğlu arasında bağlanan 23.07.2012-ci il tarixli müqavilənin etibarsız hesab olunması və 25 (iyirmi beş) manat dövlət rüsumunun "xxxx" MTK-dan X58 xeyrinə tutulması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-5063/2016 saylı, 28.09.2016-cı il tarixli icra vərəqəsinə əsasən Abşeron rayon məhkəməsinin sorğusuna cavab verilmədiyi üçün "xxxx" MTK-nın 200 (iki yüz) manat cərimə olunması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-3467/2020 saylı, 16.11.2020-ci il icra vərəqəsinə əsasən "xxxx" MTK-nın 200 (iki yüz) manat cərimə olunması qət olunmuşdur. X65 ilə cavabeh "xxxx" MTK arasında Xırdalan şəhəri , M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 9-cu mərtəbə, ümumi 71.6 kv.m olan 2 otaqlı 53 saylı mənzilə dair bağlanmış 04.07.2007-ci il tarixli və həmin yaşayış binasında 2-ci blok , 9-cu mərtəbə, ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 35 saylı olan mənzilə dair bağlanmış 27.03.2016-cı il tarixli, 10 saylı müqavilələrin və onlara dair verilmiş maliyə arayışının, 2. X6 ilə "xxxx" MTK-a arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunmuş yaşayış binasının 3-cü blok, 10-cu mərtəbə, ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 35 saylı olan mənzilə dair bağlanmış müqavilənin və ona dair verilmiş maliyyə arayışının MTK-da saxlanılmış nüsxələrinin orjinallarının verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1907/2020 saylı, 11.09.2020-ci il icra vərəqəsinə əsasən 21367 (iyirmi bir min üç yüz altmış yeddi) manat "xxxx" MTK-dan alınaraq X29 qaytarılması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1042/2020 saylı, 27.02.2020-ci il tarixli icra vərəqəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsindəki ümumi sahəsi 96,0 kv.m olan İV blok, 6 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzildən X22 istifadəsinə "xxxx" MTK ("xxxx" MMC-nin hüquqi varisi) tərəfindən yaradılan maneələr aradan qaldırılması və mənzilin X30 təhvil verilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1838/2020 saylı, 13.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən 21.10.2017-ci il tarixli müqavilənin predimeti olan Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 3-cü blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 71,6 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət, 41 nömrəli mənzilin X11 təhvil verilməsi və mənzilin qalıq dəyəri olan 7167 (yeddi min yüz altmış yeddi) manat pulun qəbul olunması ilə bağlı müqavilədən irəli gələn öhdəliklərin icrasının həyata keçrilməsinin cavabdeh "xxxx" MTK-ya həvalə olunması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-512/2020 saylı, 28.02.2020-ci il tarixli icra sənədinə əsasən öhdəliyin qarşılıqlı icrası yolu ilə iddiaçı X83 tərəfindən ödənilməmiş qalan 7770 (yeddi min yeddi yüz yetmiş) manat məbləğində pul "xxxx" MTK-ya ödənilməklə ünvan 11 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbə, ümumi sahəsi 83,7 kvm olan 2 otaqdan ibarət 4 nömrəli mənzil onun sahiblik və istifadəsinə verilməsi, onun bu hüquqlarından sərbəst şəkildə istifadəsinə hər hansı maneə "xxxx" MTK-ya qadağan olunması qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1039/2020 saylı, 12.10.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" MTK-dan 33000 (otuz üç min) manat müqavilə üzrə ödənilmiş pul və 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi olaraq X31 ödənilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-295/2020 saylı, 24.09.2020-ci il tarixli Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət 34 nömrəli mənzilə dair X66 ilə "xxxx" MMC ilə aralarında bağlanmış 23.09.2011-ci il tarixli və X67 ilə "xxxx" MTK ilə bağlanmış 27.10.2016-cı il tarixli müqavilələr etibarsız hesab edilməsi X48 ilə "xxxx" MMC arasında bağlanmış 29.04.2008-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəliyaşayış evinin 2-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 97.7 kv.m olan 3 otaqdan ibarət 34 nömrəli mənzilin X23 təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçrilməsinin "xxxx" MTK-ya həvalə edilməsini qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-2597/2020 saylı, 04.11.2020-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 12 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kv.m olan, 3 otaqlı 26 saylı mənzilə dair X84 ilə "xxxx" MTK arasında bağlanmış 18.12.2010-cu il tarixli müqavilənin etibarsız hesab olunması, Soltanov Alı Camal oğlu ilə "xxxx" MMC arasında bağlanmış 14 fevral 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 12 ünvanında inşa olunmuş yaşayış binasının İİ blok, 7-ci mərtəbəsində ümumi sahəsi 97.7 kv.m olan, 3 otaqlı 26 saylı mənzilin X76 Təhvil verilməsi ilə bağlı irəli gələn öhdəliklərin icrasının həyata keçrilməsinin "xxxx" MTK-ya həvalə edilməsi qət olunmuşdur. Abşeron rayon məhkəməsinin 2(012)-1232/2021 saylı, 03.02.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X32 məxsus olan ünvan 13 ünvanındakı 15 mərtəbəli yaşayış binasının İİ blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 105 kv.m və 124 kv.m olan 2 ədəd qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, həmin qeyri yaşayış sahələrinin daxilində təmir-tikinti işlərinin aparılması, qeyd olunan qeyri-yaşayış sahələrindən istifadə cavabdeh "xxxx" MTK-ya və üçüncü şəxslərə qadağan olunması qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-424/2021 saylı, 16.02.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 75250 manat pul vəsaitinin tutularaq X59 ödənilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-3684/2021 saylı, 20.08.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 39400 manat pul vəsaitinin tutularaq X24 ödənilməsi qət olunmuşdur Abşeron rayon Məhkəməsinin 2(012)-3448/2021 saylı, 06.09.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı X72 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərə yaradılan maneələrin aradan qaldırılması və mənzillərin təhvil verilməsi tələbi”nə dair iş üzrə "xxxx" MTK-nın rəhbərliyi Azərbaycan Respublikası MPM-nin 78.4 maddəsinə əsasən iki yüz manat miqdarda cərimə olunsun. İddiaçı X104 ilə cavabdeh "xxxx" MTK arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunmuş 16 mərtəbəli yaşayış evinin 5-ci bloku, 7-ci mərtəbəsi, ümumi sahəsi 62.1 kv. metr olan, 1 otaqlı, 36 saylı mənzilə dair bağlanmış 26 aprel 2021-ci il tarixli və həmin binanın 3-cü blok, 6-cı mərtəbə, ümumi sahəsi 53.02 kv. metr olan, bir otaqlı, 31 saylı mənzilə dair bağlanmış 26 sentyabr 2021-ci il tarixli müqavilələrin qüvvədə olub-olmaması barədə və həmin mənzillərə dair X68 başqa hər hansı şəxslə (bağlanmış bütün müqavilələr göstərilməklə) müqavilə bağlanıbbağlanmaması barədə məlumat Abşeron rayon icra şöbəsinin icra məmuru vasitəsilə 20.09.2021-ci il taixədək götürülməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-4131/2021 saylı, 06.07.2021-ci il tarixli icra sənədinə əsasən Mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin İİ blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 96,2 kv.m olan 7 nömrəli mənzili başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin mənzilə kənar şəxslərin daxil olması və mənzildə təmir-tikinti işlərinin aparılması cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə və digər şəxslərə qadağan edilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-1406/2020 saylı, 02.10.2020-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 77700 manat pul vəsaitinin tutularaq X77 ödənilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-482/2021 saylı, 04.02.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 200030 manat pul vəsaitinin tutularaq X43 ödənilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-517/2021 saylı, 02.07.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 53332 manat pul vəsaitinin tutularaq X60 ödənilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 2(012)-4958/2016 saylı, 24.06.206-cı il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 4-cü blok 5-ci mərtəbəsində, ümumi sahəsi 75,1 kv.m olan 2 otaqlı 17 nömrəli, ümumi sahəsi 96 kv.m olan 3 otaqlı 18 saylı, ümumi sahəsi 97,7 kv.m olan 3 otalı 19 saylı, ümumi sahəsi 83,7 kv.m olan 2 otaqlı 20 saylı mənzillərin “Hayan –E2 MMC tərəfindən özgəninkiləşdirilməsi mübahisə mahiyyəti üzrə baxılıb qurtaranadək qadağan edilməsi qət olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1153/2021 saylı, 01.11.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MTK-dan 44400 manat pul vəsaitinin tutularaq X4 ödənilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədləri müxtəlif vaxtlarda şöbənin icraatına daxil olmuş və həmin tarixlərə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Cavabdeh hüquqi şəxsin rəhbəri ilə qətnamələrin icrası ilə bağlı dəfələrlə şifahi söhbətlər aparılmış həmçinin ona rəsmi xəbərdarlıqlar verilmişdir. Qeyd olunan qərardan Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 3(105)-166/2020 saylı, 01.06.2020-cı il tarixli qərarı ilə Abşeron rayon məhkəməsinin 27.11.2019-cu il tarixli qərarı ləğv edilərək Şəxs 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İnzibati xəta haqqında iş materiallarını tədqiq edərək, toplanmış sübutlara qiymət verərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, "xxxx" MTK-nın rəhbəri Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi inzibati hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, icraya yönəldilmişdir və hazırda da qüvvədədir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iş üzrə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs qətnamə qzrə borclarının bir qisminin ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə borclu "xxxx" MTK-nın rəhbəri Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MTK-nın rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin Qərarın icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar