Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1923/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X20 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X6, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X9, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, 1-ci döngə, ev 5, mənzil 55-də qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru X13 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrıayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X15 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrıayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X10 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrıayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X11 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərdi ki, əməlindən peşmandır, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 oğlu Şəxs izahatına uyğun izahat verdi. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 17:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, Abşeron City yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs3 Əziz oğlunun 234 manat pulunu ələ keçirmişdir. 2024-cü ilin yanvar tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 3-də yaşayan Zərərçəkmiş şəxs11 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində X7 telefon satmaq adı ilə aldadaraq 170 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, V.Axundov küçəsi, ev 56-da yaşayan Zərərçəkmiş şəxs2 55 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayan Zərərçəkmiş şəxs1 80 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, bina 31, blok 2, ev 22-də yaşayan Zərərçəkmiş şəxs8 110 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, H.Əliyev prospekti, bina 67, mənzil 101-də yaşayan Zərərçəkmiş şəxs12 90 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 116-da yaşayan X12 10 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, Abşeron MTK, mənzil 20-də yaşayan Zərərçəkmiş şəxs13 95 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixindəTemurfulatov Kamran Muradoviçin 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Masazır qəsəbəsi, A.Abbasov küçəsi, ev 128-də yaşayan Zərərçəkmiş şəxs9 50 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində “AAAF-Park” yaşayış kompleksi, bina 5, mənzil 56-da yaşayan Zərərçəkmiş şəxs5 qolbaq satmaq adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində yaşayan Zərərçəkmiş şəxs7 telefon satmaq adı ilə aldadaraq 110 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksi, küçə 12, blok D, mənzil 123-də yaşayan X2 telefon satmaq adı ilə aldadaraq 150 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Masazır qəsəbəsi, Z.Əliyeva küçəsi, ev 25-də yaşayan Zərərçəkmiş şəxs14 aldadaraq 30 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması yüngülləşdirici hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyərək, sonuncularınn ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 01 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X22
Məhkəmə qərarları › İş №3(012)-1923/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1923/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver