Məhkəmə qərarları › İş №3(012)-1927/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1927/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1927/2021 06.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən 06 dekabr 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və material 06 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsi zərurət aradan qalxdığı üçün ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayon 2 saylı notariat kontoronun 8İ-4105 sayı, 10.06.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində verilmiş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş MN ******* saylı 06.12.2021-ci il tarixli protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 52.1-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir və o, dərhal baxılmalıdır. Vəsatətin təmin olunmasından imtina edildikdə bu haqda qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 106.0.7-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən iş üzrə vəsatətlər və etiraz etmə olub-olmaması məsələləri həll edir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərar qəbul edir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsi protokolun baxılmadan geri qaytarılmasını xahiş etdiyindən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıİXM-nin 128, 130-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar