Məhkəmə qərarları › İş №3(012)-1928/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1928/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1928/2024 24.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron rayon İcra və Probasiya şöbəsində protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilən Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında bildirdi ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-72/2023 saylı icra sənədinə əsasən iddiaçı Şəxs cavabdeh X1 xeyrinə bir ədəd qızıl dəsti (üzük 4 qram, sırğa 10 qram, boyunbağı və klon 18 qram, üzəri qaş işləməli) 585 əyarlı, çəkisi ümumilkdə 32,00 qram, 32,00x85=2720 manat, bir ədəd qızıl dəsti (boyunbağı 11 qram, qolbağ 7 qram) 585 əyarlı, çəkisi ümumilkdə 18,00 qram, 18,00x85=1530 manat, bir ədəd qızıl qolbağ (halqa formalı, 750 əyarlı, çəkisi ümumilkdə 12,00 qram) 12,00x95=1140 manat, bir ədəd qızıl üzük (qaşsız model) 585 əyarlı, çəkisi ümumilkdə 5,00 qram, 5,00x85=425 manat, bir ədəd qızıl boyunbağı və klon (klon kəpənək formalı), 750 əyarı, çəkisi ümumilkdə 4,00 qram, 4,00x95=380 manat, bir ədəd qızıl üzük (tək qaş), 585 əyarlı, çəkisi ümumilkdə 3,00 qram, 3,00x85=255 manat olan qızıl zinət əşyaları və ya onların ümumi dəyəri 6450 manat Şəxs alınıb X2 verilməsi, dövlət rüsumunun artıq ödənilmiş 50 manat hissəsi dövlət büdcəsindən X2 qaytarılsın, 48 manat dövlət rüsumunun 8.35 manat hissəsi iddiaçıya aid edilsin, 39.65 manat hissəsi Şəxs alınıb X2 verilməsi, 50 manat Şəxs alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İcra vərəqəsinin icra olunması ilə əlaqədar borcluya məlumat verilmiş, telefon əlaqəsi saxlanılmış, icra şöbəsinə dəvət olunmuşdur. Buna baxmayaraq borclu bildirmişdir ki, icra vərəqəsindən məlumatı olmamışdır. İcra vərəqəsini bir günə icra edə bilməyəcəyini demişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, tələbkar şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında bildirdi ki, ona icra şöbəsindən zəng olunmuş, icra şöbəsinə gəldikdə icra sənədindən məlumatı olmuşdur. Qərarın icrasından boyun qaçırmır, lakin himayəsində azyaşlı uşağı vardır, əvvəllər işləsə də hazırda işsizdir. İcraçı tərəfindən göndərilən bildirişlər göndərilən ünvanda yaşamadığından ona çatdırılmamışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin borcun ödənilməsindən boyun qaçırmır. Ödəniş etməməsi üzrlü səbəbdən, yəni qətnamədən və icradan məlumatı olmamışdır. Belə ki, qeyd olunan icra sənədindən məlumatı olmamışdır. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-72/2023 saylı qətnaməsinə əsasən iddiaçı Şəxs cavabdeh X1 xeyrinə bir ədəd qızıl dəsti (üzük 4 qram, sırğa 10 qram, boyunbağı və klon 18 qram, üzəri qaş işləməli) 585 əyarlı, çəkisi ümumilkdə 32,00 qram, 32,00x85=2720 manat, bir ədəd qızıl dəsti (boyunbağı 11 qram, qolbağ 7 qram) 585 əyarlı, çəkisi ümumilkdə 18,00 qram, 18,00x85=1530 manat, bir ədəd qızıl qolbağ (halqa formalı, 750 əyarlı, çəkisi ümumilkdə 12,00 qram) 12,00x95=1140 manat, bir ədəd qızıl üzük (qaşsız model) 585 əyarlı, çəkisi ümumilkdə 5,00 qram, 5,00x85=425 manat, bir ədəd qızıl boyunbağı və klon (klon kəpənək formalı), 750 əyarı, çəkisi ümumilkdə 4,00 qram, 4,00x95=380 manat, bir ədəd qızıl üzük (tək qaş), 585 əyarlı, çəkisi ümumilkdə 3,00 qram, 3,00x85=255 manat olan qızıl zinət əşyaları və ya onların ümumi dəyəri 6450 manat Şəxs alınıb X2 verilməsi, dövlət rüsumunun artıq ödənilmiş 50 manat hissəsi dövlət büdcəsindən X2 qaytarılması, 48 manat dövlət rüsumunun 8.35 manat hissəsi iddiaçıya aid edilməsi, 39.65 manat hissəsi Şəxs alınıb X2 verilməsi, 50 manat Şəxs alınıb dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İşin materiallarında olan Abşeron rayon İcra Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-72/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun vəkilini və protokolu tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur.Belə ki, Şəxs icra sənədindən məlumatsız olmuş, icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş belə ona təqdim olunmamışdır. 23 sentyabr 2024-cü il tarixdə icra şöbəsinə gətirilmiş, oradan icra haqqında ondan izahat alınmışdır. İzahatında qeyd edilən icra sənədi barədə elə həmin gün xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Naxçıvan MR Culfa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(089)-72/2023 saylı icra vərəqəsi ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi məhkəmə zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil na Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil na Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar