Məhkəmə qərarları › İş №3(012)-193/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-193/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-193/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun və Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X3 iştirakları ilə İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X7 tərəfindən qəbul edilmiş TP4835225 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP4835225 saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, 15. 01.2022-ci il tarixdə onun idarə etdiyi VAZ 21099 ** HH *** markalı avtomaşının qəza nəticəsində əzilməsi ilə əlaqədar ona xeyli ziyan dəymiş, lakin Abşeron rayon X11 qarşı ədalətsiz qərar qəbul edilərək 60 (altmış) manat məbləğində inzibati cərimə etmişdir. O, qəza anında avtomaşını saxlamış, qəza törədən Toyota ** VR *** markalı avtomabilin sahibini təqsirli sayılmamış, əksinə onun barəsində inzibati protokol tərtib edilmişdir. Sonda o, Azərbaycan Respublikası DİN Abşeron DYP-nin polis kapitanı X7 tərəfindən tərtib olunmuş yol nəqliyyat hadisəsinin sxemi ilə razı olmadığını bildirərək Abşeron DYP poliş kapitanı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Abşeron DYP-nin polis kapitanı X7 bildirdi ki, xx.xx.2022-c il tarixdə saat 07:50 radələrində Fatmayi-Mehdiabad yolunda Vaz 21099 markalı, 10HH560 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X8 yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tətbiq edilmişdir. Bu barədə onun tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad-Fatmeyi yolunda **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşınların iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinin arşdırılması zamanı vətəndaş X2 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin şəkilləri çəkilmişdir. Bundan əlavə hadisə baş verən yolun eni ölçülərkən müəyyən olunmuşdur ki, yolun hərəkət hissəsinin ümumi eni 10 metrdir, hadisə isə **-VR-*** dövlət qeydiyyat nişanlı avtomaşının hərəkət hissəsinin 4 metrliyində baş vermişdir. Belə ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X5 öz hərəkət zolağından əlavə təxminən 1 metr qarşı hərəkət zolağına çıxmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir .Buna görədə X5 yol hərəkəti haqqında qanunun 75-ci maddəsinin (yol ayrıcı keçmə qaydası) tələbin pozduğu üçün onun barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X7 tərəfindən qəbul edilmiş TP4835225 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün onun barəsində 60 (altmış) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri obyektiv araşdırmaq məqsədi ilə Abşeron rayon Məhkəməsinin 3(012)-193/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ilə iş üzrə məhkəmə yol-nəqliyyat ekspertizası təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəm Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1.Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota markalı 99VR571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 2. Məhkəmə tərəfindən təqdim olunan malumatlara əsasən VAZ-21099 markalı 10HH560 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin toqquşmanın VAZ 21099 markalı avtomobil dayandıqdan 4-5 dəqiqə sonra baş vermişi nəzərə alınmala sürücü A.B.Arazovun hərəkətlərində «Yol hərəkəti 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsüsi texniki bilik tələb etmədiyindən yolnəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil, hüquqi məna kəsb etdiyindən həmin hala məhkəmə tərəfindən qiymət verilə bilər. 3. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, yəni toqquşma yerinin Toyota markalı avtomobilin hərəkəti istiqamətində sağ hərəkət zolağında, hərəkət hissəsinin sağ kənarından 4 metrlik, sol kənarından isə 6metrlik məsafədə yerləşməsi şəraitində toqquşmadan əvvəl VAZ 21099 markalı avtomobil qabaq sol hissəsi qarşı sol hərəkət zolağına çıxmış vəziyyyətdə olmuşdur. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X5 tərəfindən protokolda qeyd edilən inzibati xətanı törədilib-törədilməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, X5 barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP4835225 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Abşeron DYP-yə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində Abşeron Rayon Polis İdarəsinin Abşeron DYP-nin X7 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP4835225 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Abşeron RPİ-nin Abşeron DYP-yə göndərilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar