Məhkəmə qərarları › İş №3(012)-1930/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1930/2020

25.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1930/2020 25.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş Şəxs və Abşeron rayon Pİ-nin Qobu polis bölməsinin sahə inspektoru polis baş leytenant X6 iştirakı ilə, xx.xx.1986-cı ildə Şuşa rayonu, Zarıslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon X9 polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə özünü Zaur adlı şəxs qismində təqdim edərək, X1 danışmaq adı ilə 200 manat dəyərində mobil telefonunu geri qaytarmayaraq, sonuncuya qarşı dələduzluq etmişdir. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən X4 evinin eyvanından 97 manat dəyərində təmir-tikinti avadanlıqlarını gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən X2 evinin qarşısında dayanmış, sonuncuya məxsus VAZ-21074 markalı avtomobilin içərisindən 50 manat dəyərində maqintofonu gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən X5 məxsus yarım tikilidən 90 manat dəyərində somavarı gizli yolla oğurlamışdır. Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən X3 məxsus evdən 95 manat dəyərində nikon fotoaparatını və peyk anten aparatını gizli yolla oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş, Abşeron rayon Pİ-nin Qobu polis bölməsinin sahə inspektoru polis baş leytenant X7 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, bir neçə vətəndaş ərizə ilə polis idarəsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə özünü Zaur adlı şəxs qismində təqdim edərək, X1 danışmaq adı ilə 200 manat dəyərində olan mobil telefonunu geri qaytarmayaraq, sonuncuya qarşı dələduzluq etməsi, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən X4 evinin eyvanından 97 manat dəyərində təmir-tikinti avadanlıqlarını gizli yolla oğurlanması, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsində yerləşən X2 evinin qarşısında dayanmış, sonuncuya məxsus VAZ-21074 markalı avtomobilin içərisindən 50 manat dəyərində maqintofonun gizli yolla oğurlaması, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən X5 məxsus yarım tikilidən 90 manat dəyərində somavarın gizli yolla oğurlaması, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən X3 məxsus evdən 95 manat dəyərində nikon fotoaparatını və peyk anten aparatının gizli yolla oğurlaması barədə şikayətlər etmişlər. Həmin şikayət əsasında Abşeron rayon X9 polis bölməsində araşdırma aparılmış, qeyd olunan dələduzluğun və oğurluğun Şuşa rayonu, Zarıslı kəndində qeydiyyatda olan Şəxs törətməsi müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTŞ-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, pula ehtiyacı olduğundan qeyd olunan xətaları törətmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixli, 005467 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarları və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 01 (bir) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən saat 22:30-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar