Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1931/2022 30.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru Şəxs, tələbkar "xxxx" MMC-nin direktoru X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru işləyən, əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 09 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki,Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin e2-2(119)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı tam şəkildə icra etməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin xx.xx.2022-ci il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu "xxxx" MMC-nin direktoru Şəxs şirkətinin fəaliyyətinin dayanması səbəbindən borcunu ödəməkdən imtina edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxs Şəxs izahat verərək bildirdi ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2- 2(119)-46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "xxxx" MMC-dən 38951,85 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin X2 xeyrinə ödənilməlidir. O, şirkətin məlum olan pandemiya səbəbindən Nazirlər Kabineti tərəfindən həmin ilin mart ayında xüsusi karatntin rejimi elan edildi. Bu səbəbdən "xxxx" MMC müştərilərinin bir qismini, həmçinin sifarişçilərin azalması həm də qanunda nəzərə tutulan işçilərin bir qismini işə çıxartmaq mümkün olmadığı üçün müştərilərini itirdi. Bir müddət icarə haqqını ödəməkdə çətinlik çəksə də bir qismini ödəmişlər. Bu səbəbdən də şirkət fəaliyyətini dayandırmağa məcbur oldu. Ona görə də qeyd olunan halın nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar "xxxx" MMC-nin direktoru X4 borcunu inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs tələb etdiyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan bildirişdən görünür ki, şirkətin fəaliyyəti müvəqqəti olaraq xx.xx.2021-ci il tarxdən xx.xx.2026-ci il tarixədək dayandırılmışdır. Elektron portaldan çıxarılmış məlumatdan görünür ki, şirkətin bank hesabında heç bir vəsait yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inkasso sərəncamından görünür ki, şirkətin Kapital bankda olan hesabına Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 46/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İş üzrə "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, şirkətin fəaliyyətinin dayandırılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə borcun ödənilməməsi üçün əsas ola bilməz, ona görə də "xxxx" MMC-nin direktoru Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1200 (bir min iki yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1931/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1931/2022
30.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver