Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1931/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X3 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Rafayıl qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx xxxxxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dediyinə görə ali təhsilli, evli, Abşeron rayonu, Xırdalan şəhəri, X4, 1-ci küçə, döngə 02, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı Rəhim Piriyev izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs Rafayıl qızının sifət nahiyəsinə cırmaq ataraq, xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X1 4 il müddət olar ki, tanıyır. Baş vermiş hadisədən 03 gün əvvəl gecə təxminən saat 10-11 radələində Zərərçəkmiş şəxs yaşadığı evdən səslər eşidərək, qapını döymüşdür. Mənzilin qapısı açıldıqda Mədinənin əri tərəfindən döyülməsinin şahidi olmuşdur. Bu hadisəni gördükdə onlardan evdən çıxmağını tələb etmiş, onlar ayın sonunda çıxacaqlarını bildirmişdir. O, polisə zəng edərək, baş verənlər barədə məlumat versədə gecə saatları olduğu üçün heç kəs gəlməmişdir. Hadisə günü, yəni 10 iyul 2024-cü il tarixdə Mədinə adlı qadının əri ilə yaşadığı evə gəldiyini görmüş, uzun müddət keçmədən evdən səslər gəlməyə başlamışdır. O, Mədinənin əri ilə yaşadığı evə getdikdə sonuncunun özünü döyərək, xəsarətlər yetirməsini görmüşdür. O, onkiloji xəstəlikdən əziyyət çəkdiyini və başının səs götürmədiyini bildirərək, Mədinəni çölə çıxardaraq, evdən evi boşaltmasını tələb etmişdir. O, buna etiraz etdikdə ona məxsus əşyalardan bir neçəsini çölə amışdır. Lakin onu vurmamış xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs xəsarətləri əri tərəfindən döyülməsi nəticəsində yarana bilərdi. Zərərçəkmiş şəxsin dedikləri həqiqətə uyğun olmayaraq, böhtan xarakteri daşıyr. Barəsində əladətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak edərək, vermiş olduğu izahatında bildirdi ki, Şəxs dedikləri yalandır. Hadisə Baş verməmiş hadisədən bir qədər əvvəl əri işdən evə gəlmiş və ona ev sahibi Zəminənin onları evdən çıxartmaq istədiyini və bunda israrlı olduğunu demiş, əri isə evin pulunu verməsini və ayın sonunadək qala biləcəklərini bildirmişdir. Bir neçə saat sonra Şəxs adlı qadın onun evinə gələrək, ona məxsus əşyaları çölə atmış, o buna etiraz etdikdə Zəminə əsəbləşərək onu vurmuş, üz nahiyəsinə cırmaq atmışdır. O, əri tərəfindən döyülməmişdir, üzündəki yaranmış xəsarətin səbəbkarı isə Şəxs adlı qadın olmuşdur. O, özü şikayət etməmişdir şikayət anası tərəfindən olmunmuşdur. Hadisədən təxminən 4-5 gün sonra ekspertizaya gedərək, rəy almışdır. Hal-hazırda Şəxs şikayətçidir və sonuncunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 iyul 2024-cü il tarixli 1598 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - hər iki almacıq və sağ yanaq nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs Rəfayıl qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surətinin aidiyyatı üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir; 23 sentyabr 2024-cü il tarixdə Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X5 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardadından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşaraq hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır, keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə uyğunluq təşkil etmir və onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, o özü də təsdiq edir ki, həmin ünvana gedərək mübahisə yaratmış, əşyaları çölə ataraq mənzili boşaltmasını tələb etmiş, lakin zərərçəkmişi vurmamışdır. Beləliklə Şəxs tərəfindən Zərərçəkmiş şəxs Rəfayıl qızının döyülməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs qadın olmasını məsuliyyəti yüngülləşdirən hal olaraq nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən törədilmiş xətaların xarakterini, şəraitini, təqsirinin dərəcələrini, inzibati xəta törədən şəxsin qadın olmasını, onun şəxsiyyətini xarakretizə edən halları, tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini və qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1931/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1931/2024
25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver