Məhkəmə qərarları › İş №3(012)-1932/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1932/2020

25.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1932/2020 25.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş, Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X3 və inzibati xəta törətmiş şəxs X2 iştirakı ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Sabirabad şəhəri, H.Həmidov küçəsi, dalan 05, 15 saylı evdə qeydiyyatda olan, X5 barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: X5 xx.xx.2020-ci il tarixdə,saat 12 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Qobu qəsəbəsində, daxil olmuş müraciətlə əlaqədar hadisə yerinə gəlmiş, polis əməkdaşı ilə mübahisə edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Sabit Yusifovun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə X2 göstərilən əməli törətməsi aşağıdakı qaydada müəyyən olunmuşdur. Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis mayoru X7 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon Pİ-in TŞ-in təhqiqatçısı Sabit Yusifov tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2020-ci il tarixdə,saat 12 radələrində daxil olmuş müraciətlə əlaqədar Abşeron rayonu, Qobu qəsəbəsində X1sərxoş vəziyyətdə, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ilə mübahisə edərək, ucadan nalayiq söyüşlər söyərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də X5 barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs X5 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə,saat 12 radələrində, polis əmkdaşları ilə mübahisə etmiş, Pİ-nə dəvət edildik də getməkdən imtina etmişdir. Həmin gün sərxoş olduğundan etdiyi hərəkətləri xatırlamır. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* №-li protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində, sərxoş vəziyyətdə, Abşeron rayonu, Qobu qəsəbəsində, daxil olmuş müraciətlə əlaqədar hadisə yerinə gəlmiş, polis əməkdaşı ilə mübahisə edərək, ictimai asayişi pozan hərəkətlər etdiyi zaman onu nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən Sabit Yusifovun qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 2/10481 saylı Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 10:10-da müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş inizbati qaydada tutma haqqında AZA 005476 №-li protokoldan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə X4 göstərilən inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokol ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti sərxoş halda olmuş şəxsin ayıldığı vaxtdan hesablanır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən X1 inzibati xətanı sərxoş vəziyyətdə törətməsini, Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə əsasən polis əməkdaşının X1hüquqa zidd hərəkətlərini dayandırmasını tələb etməsinə baxmayaraq, onun hərəkətlərini davam etdirməsini onun məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. X6 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən X1 barəsində inzibati tənbeh tətbiq edərkən, onun törətdiyi inzibati xətanın xarekterini, şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq Qərara aldı: X4 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Pİ-nə tapşırılsın. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar