Məhkəmə qərarları › İş №3(012)-1934/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1934/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1934/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında icraatı başlamış Abşeron rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2, X5 İdarəsinin baş mühəndisi Qəmbər Həsənovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1967-ci il tarixdə Ermənistan SSR, Razdan rayonu, Axundov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 43,99 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Abşeron rayon prokurorluğunun 13 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Şəxs X5 İdarəsinin sahə rəisi vəzifəsində işləyən – X5 İdarəsinin balansında olan X4 pk-25-ci piketində yerləşən su tənzimləyici hidrotexniki qurğunun, həmçinin onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsi üzərində müşahidə işlərinin və qurğunun vəziyyətinin pisləşməsinə yönəlmiş bütün halların qarşısının alınmasına dair tədbirlərin görülməsini təşkil etməli olduğu halda, “Sahə rəisinin Vəzifə Təlimatı”nın 16.1 və 16.3 bəndlərinin tələblərinə riayət etməmiş, nəticədə 20 yanvar 2023-cü il tarixdə X7 və bacısı qızı X1 Magistral kanalının üzərində olan su tənzimləyici hidrotexniki qurğudan keçid kimi istifadə edərkən sözügedən qurğunun uçması nəticəsində hər ikisi yıxılaraq Samir Məmmədov “sol diz oynağı nahiyyəsinin əzilmiş yarası və şişkinlikli qançırı, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran, Zəhra Qasımlı isə “döş qəfəsinin sağ yan səthinin və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər almış, yəni texnikitəhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Material üzrə hər hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən 5 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir, toplanmış materialda Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin tərkibi yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən, X5 İdarəsinin sahə rəisi vəzifəsində çalışan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraatı başlamış Abşeron rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, X5 İdarəsinin balansında olan X4 PK-025 piketində yerləşən su tənzimləyici hidrotexniki qurğunun təhlükəsizliyinin təmin edilməsi və nəzarətdə saxlanılmasına vəzifə təlimatlarına əsasən o cavabdehdir. Qurğunun istismar qaydalarına əsasən kənar şəxslərin bu obyektlərə daxil olması, ondan istifadə etmələri və hər hansı zərər vurmaları qəti qadağandır. Qurğudan istifadə olunmasının qadağan edilməsi ilə bağlı təhlükəsizlik lövhələri quraşdırılsa da, kənar şəxslər tərəfindən qurğuya müdaxilə edilmiş və qadağanedici lövhələr sökülərək aparılmışdır. Vəzifə təlimatları sahə üzrə meliorativ sistemlərin və onların üzərindəki qurğuların ayrı-ayrı elementlərinin vıziyyətinin dəyişməsi üzərində müşahidə işlərini təşkil etmək və bu işlərin yerinə yetirilməsinə rəhbərlik etmək, sahə ərazisində meliorativ sistemlərin texniki vəziyyətinə baxış keçirilən zaman komisyanın işlərində iştirak etməkdən ibarətdir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyəti X5 İdarəsinin baş mühəndisi Qəmbər Həsənov izahatında göstərmişdir ki, X5 İdarəsinin balansında olan və 1964-cü ildən istismar edilən, X4 PK-025-ci piketində yerləşən su tənzimləyici hidrotexniki qurğu (şüluz) mövcuddur və həmin su tənzimləyici hidrotexniki qurğudan əhalinin keçid kimi istifadə etməsi qəti qadağandır. Aidiyyatı üzrə qurğuda müvafiq təhlükəsizlik lövhələri quraşdırılmasına baxmayaraq, kənar şəxslər tərəfindən qurğuya dəfələrlə müdaxilə edilmiş, üzərindəki metal lövhə və digər hissələr sökülərək aparılmışdır. İdarə tərəfindən həmin lövhə və metal hissələrin bərpa edilməsinə baxmayaraq zərər vurma dəfələrlə təkrar olunmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 20 yanvar 2023-cü il tarixdə X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Abşeron Magistral kanalı üzərində olan körpünün sınması və 2 nəfər şəxsin xəsarət alması barədə verdiyi məlumat əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs X5 İdarəsinin sahə rəisi vəzifəsində işləyən – X5 İdarəsinin balansında olan X4 pk-25-ci piketində yerləşən su tənzimləyici hidrotexniki qurğunun, həmçinin onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsi üzərində müşahidə işlərinin və qurğunun vəziyyətinin pisləşməsinə yönəlmiş bütün halların qarşısının alınmasına dair tədbirlərin görülməsini təşkil etməli olduğu halda, “Sahə rəisinin Vəzifə Təlimatı”nın 16.1 və 16.3 bəndlərinin tələblərinə riayət etməmiş, nəticədə 20 yanvar 2023-cü il tarixdə X7 və bacısı qızı X1 Magistral kanalının üzərində olan su tənzimləyici hidrotexniki qurğudan keçid kimi istifadə edərkən sözügedən qurğunun uçması nəticəsində hər ikisi yıxılaraq Samir Məmmədov “sol diz oynağı nahiyyəsinin əzilmiş yarası və şişkinlikli qançırı, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları” kimi sağlamlığa yüngül zərər vuran, Zəhra Qasımlı isə “döş qəfəsinin sağ yan səthinin və sol mil-bilək oynağı nahiyəsinin sıyrıqları” kimi dərəcəsi təyin olunmayan xəsarətlər almış, yəni texniki-təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Əmək Təhlükəsizliyinin tədqiqi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 10/2501 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Sahə rəisinin Vəzifə Təlimatı”nın 16.1 və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. X5 İdarəsinin balansında olan X4 pk- 25-ci piketində yerləşən su tənzimləyici hidrotexniki qurğunun, həmçinin onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsi üzərində müşahidə işlərinin aparılmasının təşkil edilməməsi və qurğunun vəziyyətinin pisləşməsinə yönəlmiş bütün halların qarşısının alınmasına dair tədbirlər görülmədiyinə görə onun tərəfindən “Sahə rəisinin Vəzifə Təlimatı”nın 16.1 və 16.3-cü bəndlərinin tələbləri pozulmuşdur. X4 pk-25-ci piketində yerləşən su tənzimləyici hidrotexniki qurğudan kənar şəxslərin körpü qismində istifadəsini məhdudlaşdıran qadağanedici işarələrin, eləcə də manelərin (sipərlərin) olmadığını nəzərə aldıqda, zərərçəkmiş Samir Məmmədov tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilməmişdir. X3 X10 ilə birlikdə su tənzimləyici hidrotexniki qurğunun üzərindən keçərkən keçidin uçması nəticəsində yıxılaraq xəsarət almaları barədə verdiyi məlumat əsasında toplanmış materialın araşdırılması zamanı cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əssasən rədd edilmiş, toplanmış materialda Azərbaycan Respublikasının İXMnin 198.2-ci maddəsinin tərkibi yarandığından inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 159 nömrəli rəyinə əsasən 1997-ci il təvəllüdlü X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol diz oynağı nahiyəsinin əzilmiş yarası və şişkinlikli qançırı, sağ diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun Sumqayıt Tibb Mərkəzinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxsmir oğlu tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxsmir oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar